Təbrik: Polkovnik Rövşən Novruzov- 58




      Ömrünün önəmli bir hissəsini Daxili işlər nazirliyi Daxili Qoşunlarında  maddi -texniki təminat  (arxa) xidmətlərinə həsr edən, bu müddətin də böyük hissəsini  alay və briqada komandirinin ,  ali hərbi məktəb rəisinin maddi- texniki təminat (arxa) xidmət üzrə müavini  vəzifəsində xidmət etmiş-   ehtiyatda olan polkovnik Novruzov Rövşən  Hidayət oğlunun aprel ayının  26- da   dünyaya göz  acdığı günüdür.

 Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan-   ehtiyatda olan polkovnik Novruzov Rövşən Hidayət oğlunu  doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada doğmaları, əzizləri və iş yoldaşıları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçünən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, 
Rövşən qoy yaşınızın üstə gələn bu yaşda  sizə sevinc dolu günlər bəxş etsin,hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun  sizi  xoşbəxt edəcək  şəkildə keçsin.
     
Polkovnik  Novruzov Rövşən  Hidayət oğlu  1966 -cı ilin aprel ayının  26 -da  Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Xok kəndində anadan olub.
    
 1983 - cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Xok kənd orta məktəbi,  1993 - cü ildə  Moskva  şəhərində Qida Saneyisi  Ünverstetini,  2001 -ci ildə isə   Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Polis Akademiyasını bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim - metodiki  təlim toplanışlarda, müvafiq ixtisasartırma  kurslarda, hərbi və  xüsusi - taktiki təlimlərdə, nümunəvi - köstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
     
 1984 1986 -ci illərdə  Rusiya Sovet Sosialist  Respublikasının Kirov şəhərində yerləşən hərbi hissələrin birində müddətli  həqiqi hərbi xidmətdə olub.
     
1995- 2016 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Naxçıvan Muxtar Respublikasında, Bakı şəhəri Nərimanov,  Biləcəri  və Xəzər rayonlarında  yerləşən hərbi hissələrində və Ali Hərbi Məktəbdə Ərzaq və Əşya xidmət rəisi,   Briqada ( Alay) komandirinin  və  Ali  Hərbi Məktəb rəisinin Maddi Texniki Təminat Xidməti üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Maddi texniki təminat idarəsində isə Ərzaq xidmətində baş zabit  vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
    
Rövşən Novruzov qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş  zabitdir. O, istər orta   və ali  təhsil müəssisələrində  təhsil aldığı illərində, istərsə də  də xidmət etdiyi  və işlədiyi kollektivlərdə,dost-tanış, qohum - əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
    
 Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin eləcə də digər hüquqi- normativ aktların  tələblərinə və vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
    
  O, Ulu öndərin idealarına,dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə, sadiq,hər zaman sözu ılə əməli bir olan zəhmətkeş  zabit kimi tanınır.
   Qanunvericiliklə müəyyən  olunmuş  qaydada   Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına və xidmət etdiyi hərbi hissəyə (Ali hərbi məktəbə) həvalə olunmuş  vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,  eyni zamanda, briqada  komandirinin və   Ali Hərbi Məktəb rəisinin Maddi Texniki Təminat  xidməti  üzrə müavini kimi küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında,  düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirmişdir.
   

 Hərbi xidməti vəzifələrinin  icrasına məsuliyyətlə yanşdığına görə  Daxili işlər nazirinin,  Daxili Qoşunlar   Komandanının və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlaçı, yubiley və müvafiq idman dərəcəsi döş nişanı  ilə, bir çox diplomlarla, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
     
Rövşən Novruzovun səmərəli və məqsədyönlü fəaliyyətinin Daxili İşlər Nazirliyin və Daxili Qoşunlar  Komandanlığının rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirldiyinə görə, möhtərəm Prezidentimizin  müvafiq  sərancamı ilə  “Hərbi xidmətlərə görə", Daxili işlər nazirinin  müvafiq əmrinə əsasən  isə  bir sıra  ("Qusursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli, " Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" isə  10 - iliyi, 90- illiyi  və 95 -iliyi yubiley)  medallarla   təltif olunub .
 
29 ildən çoxdur mən polkovnik Rövşən Novruzovu tanyıram  2001- ci ildə onunla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını  bitirmişəm. Allah–Təala ondan razı olsun. Onu və onun ailəsini Uca Yaradan xoşbəxt etsin. Onların bu dünyasını gözəl, bərəkətli, axrətini isə daha gözəl və bərəkətli etsin.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RÖVŞƏN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə  Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages