Təbrik: Polkovnik-leytenat Rasim İbrahimov



   

İnsan üçün ən yaddaqalan günlərdən biri də  onun  doğum günüdür. Yaşının üstə yaş gələndə insan daha da kamilləşir.Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,işgüzarlığı,təşkilatclıq bacarığı, iradı və mənəvi keyfiyyəti  ilə seçilən, ömürün məhsuldar dövrünün 32 ildən çox şərəfli xidmət yolunu hərbi  xidmətdə həsir  etmiş,Azərbaycan Respubilkası  Silahlı Qüvvələri və Müharibə Veteranı -ehtiyatda olan  polkovnik leytenat  İbrahimov Rasim Zeynal  oğlunun   dekabr ayının  9 -da dünyaya göz açdığı gündür.


Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan Rasim İbrahimovu bu əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rasim qoy yaşının üstə gələn bu yaş  da sənə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.


Silahlı Qüvvələr və Müharibə Veteranı- ehtiyatda olan polkovnik leytenat İbrahimov Rasim Zeynal  oğlu 9 dekabr  1968-ci ildə Göycə mahalının Basarkeçər  rayonunun Şişkaya kəndində  zəhmətkeş ailədə anadan olub.


1985-ci ildə Göycə mahalının Basarkeçər  rayonunun Şişkaya  kənd orta məktəbi, 1988-ci ildə Din-in Daxili Qoşunların Novosibirski şəhərində yerləşən hərbi hissələrin birində kicik komandirlər kursunu, 2000 - ci ildə   isə  Gürcüstan Dövlət  Universitetini bitrib.


1987-1989 -cu illərdə SSRİ Daxili işlər nazirliyi Daxili  Qoşunların Novosibirski  şəhərində yerləşən hərbi hissələrin  birində müddətli həqiqi hərbi xidmətdə (cavuş rütbəsində) olub.


1992-1996-cı illərdə Azərbaycan Ordusunun tərkibində  Azərbaycanın ərazi bütövlüyü  uğrunda (Ağdərə,Kəlbəcər,Ağdam və Tərtər rayonları istiqamətində) gedən döyüşlərdə fəal  iştirak  edib.


Rasim  Zeynal oğlu İbrahimov 1996-2015-ci ilərdə  Daxili işlər nazirliyi Daxili Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Xətai  rayonlarında  və Gəncə şəhərində yerləşən hərbi hissələrində maliyyə xidməti rəsi, Din-in Daxili Qoşunların Bas İdarəsinin  maliyyə-plan şöbəsində isə  baş zabit vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

 

2016 - 2023- cü  illərdə Müdafiə Nazirliyin Bərdə rayonunda  yerləşən Korpusun və Azərbaycan Hərbi Hava Qüvvələrinin maliyyə xidmət  rəisi vəzifələrində  ləyaqətlə xidmət etərək, 44 günlük Vətən müharibəsində  fəal iştirak etmişdir. 

     

Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əməl etməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin əmir və sərəncamların tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi  işində tabeçiliyində olanlar və bir cox hərbi qulluqcular  üçün daimi şəxsi nümunə olmuşdur.

   

Rasim İbrahimov Daxili Qoşunlarda  və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.


Polkovnik leytenat  Rasim İbrahimov qorxmaz, saxavətli, əliaçıq, zəhmətkeş  baş zabit olmuşdur. O, istər təhsil aldığ orta və ali təhsil müəsələrində,  istərsə də qohum-əqraba,  xidmət etdiyi və işlədiyi kollektiv,dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.

      

Qanunvericiliklə  müəyyən olunmuş  qaydada  Din-in Daxili Qoşunlarına   və Müdafiə Nazirliyinə  həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində  və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai  asayişin qorumasında və ictimai təhlükəsizliyin təmin edilməsində  yaşayış və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və  fövqaladə  hallar (fövqalada vəziyyət və komendant saatı) zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

  

  Hərbi  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, nümnəvi xidmətinə görə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili işlər nazirinin,Müdafiə Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Azərbaycan Hərbi Hava Qüvvələrin rəhbərliyinin, korpus və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə  əla xidmətlərə görə  əlacı döş,  və yubiley nişanları ilə təltif olunub,bir cox   fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.



 Rasim  Zeynal oğlu İbrahimov öz xidməti  vəzifə borclarını yerinə  yetirərkən  fəriqləndiyinə və digər xidmətlərinə görə  Azərbaycan Respublikasının Prezidenti adından, Daxili işlər və Midafiə  nazirlərinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:  


1.”Azərbaycan  Respubilkası  Silahlı Qüvvələri  Veteranı” medalı ilə;


2.”Hərbi xidmətdə fərqləndiyinə  görə” 3 dərəcəli medal ilə;


3.”Vətən Müharibəsi  iştirakcısı” medalı  ilə;


4."Qusursuz xidmətlərə görə" 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


5.”Qusursuz  xidmətə görə” 2-ci  dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

 

6.”Qusufsuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvərdə 10 təqvim ili xidmətə görə;


7."Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 10 - illiyi (19

91-2001)” yubiley meadalı ilə;


8.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90-illiyi (1918- 2008)” yubiley 

medalı ilə;


9.“Azərbaycan Respubilkası Silahlı Qüvvlələrin 95-iliyi (1918-2013)” yubiley medalı ilə;


10.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 100 illiyi (1918-2018)” yubiley medalı ilə;


Azərbaycan Respubilkası Prezdentinin müvafiq sərancamına əsasən polkovnik-leytenat İbrahimov  Rasim Zeynal oğlu “Hərbi xidmətlərə görə”, “Ağdamın”   və “Suqovşanın” azad olunmasına görə  medaları ilə təltif olunub.

 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RASİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan  Respubilkasnın Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages