Daha bir müharibə veteranı vəfat etdi!



Daxili İşlər Nazirliyi  Daxili Qoşunların hərbi vəzifələri və hərbi  quluqcuları, Aərzərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin  rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Zakatala rayon şöbəsinin sədri Zaqatala rayonun 1- ci Tala kəndində yaşayan  müharibə veteranı istefada olan mayor Şabanov Xəlil Rəhmətullah oğlunun aprel ayının 8 - də  vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə  başsağlığı verir.

 Din- in  Daxili Qoşunların hərbi hissələrində xidmət rəisi     və hərbi hissə komandirinin maddi -texniki təminat xidmətləri üzrə  müavini vəzifələrində Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş, Azərbaycanın ərazi    bütövlüyü uğrunda gedən döyüşlərdə ona həvalə olunmuş vəzifə və tapşırıqları layiqincə yerinə.yetirmiş,  səmimi, xeyirxah, vətənpərvər, zəhmətkeş və gözəl insan istefada olan mayor Xəlil Şabanovun əziz xatirəsi   onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

ALLAH RƏHMƏT ELƏSİN !

MƏKANI CƏNNƏT OLSUN.AMİN!

Azərbaycan Vətən  Müharibəsi Veteranları  İctimai Birliyi sədrinin  hüqüqi məsələlər üzrə müavini  polkovnik Salman Myusayev

Hiç yorum yok:

Yorum Gönder

Pages