Mövsümağa Abasov istedadlı və işgüzar insandır! Dəyərli oxucular, Azərbaycanda tapşırılan işin öhdəsindən gələn insanları xalqa tanıtmaq bizim borcumuzdur. Belə şəxslərdən də biri Abasov Mövsümağa Ədalət oğludur.O, 07.03.1980-ci ildə Salyan rayonunda anadan olub. İlk təhsilini 1986-1997-ci illər ərzində Salyan rayonunun Stansiya qəsəbəsində yerləşən şəhid Yavər Qafarov adına 27 saylı tam orta məktəbdə almışdır. 1997 -ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş, “İlkin hərbi və fiziki təlim “ ixtisası üzrə təhsilini davam etdirmişdir. 2001 ci ildə elə həmin universitetdən məzun olmuşdur. 2001-2002- ci Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 2008-ci ildən "Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü olmuşdur. 2009-cu ildən isə həmin Birliyin beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmışdır(ictimai əsaslarla). İctimai Təşkilatda çalışdığı vaxtda keçirilən tədbirlərdə fəallığı ilə seçilmişdir. Xüsusən, Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının tanıdılması üçün imkanlarından maksimum istifadə etmişdir. Mövsümağa Abasov Birliyin sabiq sədri Şamil Sabiroğlunun tapşırığı ilə Türkiyədə fəaliyyət göstərən bir neçə QHT ilə işgüzar əməkdaşlığın qurulmasında iştirak etmişdir. O, 2009-cu ildə ailə həyatı qurub.İki övlad atasıdır.Ayan adında qızı, Mirəli adlı oğlu var. 2021-ci ildən Qaziler.az informasiya portalında direktor müavini vəzifəsində çalışmışdır. Saytın oxunaqlı olması üçün tez-tez maraqlı təkliflər irəli sürən M.Abasovun zəhməti həmişə rəhbərlik tərəfindən qiymətləndirilmişdir. Abasov Mövsümağa Ədalət oğlu 2021-2022 ci illər ərzində Azərbaycan Respublikası VKC növləri üzrə Karate Do federesiyasında “Böyük məşqçi” kimi fəaliyyət göstərmişdir. Gənc nəslin təlim- tərbiyəsində,onların Vətənə və xalqa yararlı övlad kimi yetişdirilməsində var gücü ilə çalışmışdır. Mösümağa Abasov hər zaman Azərbaycan Respublikasının ictimai həyatına dəstək olmaq üçün, həmçinin, insanların yaşayışının , rifahının yaxşılaşdırılması uğrunda əlindən gələni əsirgəməmişdir. Onun QHT-də çalışmaq istəyi də bundan irəli gəlirdi. Mövsümağa Abasov Ədalət oğlu bu təşkilatlardan biri olan “Azərbaycan Türkiyə gənclərinin dostluq və həmrəyliyi” təşkilatının əsasını qoymuş və bir müddət sədr vəzifəsində çalışmışdır. Onun çalışdığı Birliyin əsas məqsədi cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməkdən ibarət idi. Bununla yanaşı, əhalinin həyat və sağlamlığının qorunmasına, elm, təhsil və turizmin inkişafına,təbiətin və ətraf mühitin mühafizəsinə, cəmiyyət üzvlərinin fiziki, sosial, və mənəvi inkişafının təmin edilməsinə, cəmiyyətdə məşğulluğun artırılmasına və sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həllinə, sərbəst, təhlükəsiz və dayanıqlı hərəkət və yaşayış mühitinin təmin edilməsinə yönəlmiş layihələr həyata keçirmişdir. Biz, Sizinlə fəxr edirik, dəyərli Mövsümağa müəllim! Şamilə Şamilqızı. 16.08.2023.




Mövsümağa Abasov istedadlı və işgüzar insandır!

Dəyərli oxucular, Azərbaycanda tapşırılan işin öhdəsindən gələn insanları xalqa tanıtmaq bizim borcumuzdur. Belə şəxslərdən də biri Abasov Mövsümağa Ədalət oğludur.O,  07.03.1980-ci ildə Salyan rayonunda anadan olub. İlk təhsilini 1986-1997-ci illər ərzində Salyan rayonunun Stansiya qəsəbəsində yerləşən şəhid Yavər Qafarov adına 27 saylı tam orta məktəbdə almışdır. 1997 -ci ildə N.Tusi adına Azərbaycan Dövlət  Pedaqoji Universitetinə daxil olmuş, “İlkin hərbi və fiziki təlim “ ixtisası üzrə təhsilini davam etdirmişdir. 2001 ci ildə   elə həmin universitetdən məzun olmuşdur.

2001-2002- ci Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

2008-ci ildən "Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü olmuşdur. 2009-cu ildən isə həmin Birliyin beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmışdır(ictimai əsaslarla). İctimai Təşkilatda çalışdığı vaxtda keçirilən tədbirlərdə fəallığı ilə seçilmişdir. Xüsusən, Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının tanıdılması üçün imkanlarından maksimum istifadə etmişdir. Mövsümağa Abasov Birliyin sabiq sədri Şamil Sabiroğlunun tapşırığı ilə Türkiyədə fəaliyyət göstərən bir neçə QHT ilə işgüzar əməkdaşlığın qurulmasında iştirak etmişdir.

O, 2009-cu ildə ailə həyatı qurub.İki övlad atasıdır.Ayan adında qızı, Mirəli adlı oğlu var.

2021-ci ildən Qaziler.az informasiya portalında direktor müavini vəzifəsində çalışmışdır. Saytın oxunaqlı olması üçün tez-tez maraqlı təkliflər irəli sürən M.Abasovun zəhməti həmişə rəhbərlik tərəfindən qiymətləndirilmişdir.

Abasov Mövsümağa Ədalət oğlu 2021-2022 ci illər ərzində Azərbaycan Respublikası VKC növləri üzrə Karate Do federesiyasında “Böyük məşqçi” kimi fəaliyyət göstərmişdir. Gənc nəslin təlim- tərbiyəsində,onların Vətənə və xalqa yararlı övlad kimi yetişdirilməsində var gücü ilə çalışmışdır.


  • Mösümağa Abasov hər zaman Azərbaycan Respublikasının ictimai həyatına dəstək olmaq üçün, həmçinin, insanların yaşayışının , rifahının yaxşılaşdırılması uğrunda əlindən gələni əsirgəməmişdir. 

  • Onun QHT-də çalışmaq istəyi də bundan irəli gəlirdi. Mövsümağa Abasov  Ədalət oğlu bu təşkilatlardan biri olan “Azərbaycan Türkiyə gənclərinin dostluq və həmrəyliyi” təşkilatının əsasını qoymuş və bir müddət sədr vəzifəsində çalışmışdır. 

Onun çalışdığı Birliyin əsas məqsədi cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməkdən ibarət idi.

  • Bununla yanaşı, əhalinin həyat və sağlamlığının qorunmasına, elm, təhsil və turizmin inkişafına,təbiətin və ətraf mühitin mühafizəsinə, cəmiyyət üzvlərinin fiziki, sosial, və mənəvi inkişafının təmin edilməsinə, cəmiyyətdə məşğulluğun artırılmasına və sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həllinə, sərbəst, təhlükəsiz və dayanıqlı hərəkət və yaşayış mühitinin təmin edilməsinə yönəlmiş layihələr həyata keçirmişdir.

Biz, Sizinlə fəxr edirik, dəyərli Mövsümağa müəllim!


Şamilə Şamilqızı.

16.08.2023.

Hiç yorum yok:

Yorum Gönder

Pages