26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür



Bakmiltv.info – Aprelin 26-da dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd edilir. Bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə təsis edilib.

Bu əlamətdar gündə keçirilən müxtəlif növ tədbirlər, görüşlər, dəyirmi masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin dərinləşdirilməsinə dəstək vermək, biliklər cəmiyyətində yaradıcılıq və yenilikçilik amillərinin stimullaşdırılmasının əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir.

Bütün dünyada insanlar özlərinin enerji və ixtiraçılıq, maraq və yaradıcılıq potensialından istifadə edərək yeniliklərin köməyi ilə daha yaxşı gələcəyə nail olmaq üçün müxtəlif problemləri həll etmək çağırışlarına qoşulurlar.

Bayraqdar.info Azərbaycan Əqli Mülkiyyət Agentliyinə istinadla bildiririr ki, 2022-ci il Beynəlxalq Əqli Mülkiyyət Gününün mövzusu “Əqli mülkiyyət və gənclik: Gələcək naminə yenilikçilik”dir. Bu il yenilikçilik və gənclərin yaradıcılığı diqqət mərkəzində olacaq.

Müasir gənclər ixtiraçılıq və yaradıcılığın istifadə olunmamış mənbəyidir. Gənclərin yeni baxışları, enerjisi, marağı və çətinlikləri dəf etməyə hazır olmaları, daha yaxşı gələcəyə can atmaları mövcud yanaşmaları dəyişdirir.

2022-ci il gənclərin əqli mülkiyyət hüquqlarının öz məqsədlərinə necə dəstək olacağını, ideyalarının reallığa çevrilməsinə kömək edəcəyini, gəlir əldə edə biləcəklərini və iş yerlərinin yaradılmasını öyrənməsi üçün bir imkandır. Əqli mülkiyyət hüquqları gənclərə qarşıya qoyduqları məqsədlərinə çatmaq üçün vacib olan bəzi əsas alətlərə çıxış imkanı verir.

Gənclər sabahın yenilikçiləri, yaradıcıları və sahibkarlarıdır. Onlar öz yaradıcılıqları və ixtiraları sayəsində planetin bütün regionlarında dəyişikliklərə təkan verir və daha yaxşı gələcəyə doğru yol açırlar.

Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

2021-ci ilin aprelində dövlət başçısı Agentliyin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını həyata keçirir. İxtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını, yenilikçi inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edir. 2022-ci ilin mart ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mərkəzin Nizamnaməsi təsdiq edilib.

Bayraqdar.info Agentliyə istinadla bildirir ki, 2021-ci ildə 405 müəllifin 851 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 863 şəhadətnamə verilib. O cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə 231 müəllifin 371 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 371 şəhadətnamə verilib, 9 müqavilə qeydiyyata alınıb.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2022-ci il yanvarın 1-dək Agentlikdə bütövlükdə 14 min 261 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə 419 müəllifin 787 əsəri qeydiyyatdan keçirilib və 797 şəhadətnamə verilib.

2021-ci ildə “Mobil tətbiq proqramlarının müəllif hüququnun mühafizəsi obyekti kimi qeydiyyatının aparılması” istiqaməti üzrə tədbirlər çərçivəsində mobil əlavələr indiyə qədər xidmət sahəsində mobil əlavənin layihəsi kimi qeydiyyatdan keçirilib. Hazırda mobil tətbiq proqramlarının kompüter proqramı (mobil əlavə) kimi qeydiyyatdan keçirilməsi təmin edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages