Təbrik: Peşəkar həkim Mehriban Quliyeva



    Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhramanı hiss edir.Bir növ hər keçən il insan məsuliyyətini artırır.

Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının və Müdafiə Nazirliyinin həyatında tibb xidməti sahəsində öz dəst-xətti olan,yüksək peşəkarlığı,dərin zəkası,səmimiyyəti, gözəl nitq qabiliyyəti, səmərəli fəaliyyəti, böyük idarəçlik və təşkilatçlıq bacarığı,

insanpərvərliyi,dürüstliyi,qayğıkeşliyi, işgüzarlığı, yüksək intellektual səviyyəsi, iradi  və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün  20 (iyrimi) illini Din-in Daxili Qoşunlada 7(yeddi) ilini  isə Müdafiə Nazirliyində kecirmiş, Silahlı Qüvvələr veteranımız- ehtiyatda olan tibb xidməti polkovniki Quliyeva Mehriban Tofiq qızının avqust ayının 26-da 52 yaşı tamam olur.Belə bir əlamətdar gün mübasibətilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan,öz  işini cox sevən və öhtəsindən layıqinca gələn  tibb xidməti  polkovniki Mehriban Tofiq qızı Quliyevanı Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri ( tibb işçiləri),

doğmaları, əzizləri və iş yoldaşları, səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər, şərəfli və fədakar fəaliyyətində yeni-yeni nailiyyətlər  arzu edib deyirlər,Mehriban  xanım qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günn isə  səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

      

Sənətini mükəmməl bilən,insanların (hərbi qulluqcuların) sağlamlığının keşiyində  ləyaqətlə durmuş, onların daimi qayğısına  qalmış və etibarını qazanmış alı həkim  dərəcəsinə malik olan –tibb xidməti polkovniki  Quliyeva Mehriban Tofiq qızı 1971 - ci ilin  avqust ayının  26 da  Bakı şəhərində zəhmətkeş ailədə anadan olub .

   

1988-ci ildə  Bakı  şəhərində 20 saylı tam orta məktəbi, 1994 -cü ildə  Azərbaycan Dövlət Tibb Universitetini, 2010 -cu ildə Türkiyə Gülxana Tibb Akademiyasını bitirib.  Mehriban həkim Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalnda xidmət etdiyi illər ərzində  bir cox müvafq ixtisasartrma  kurslarda,  seminarda və konfranslarda fəal iştirak edib.

 

Ömrünün gecəsini- gündüzünü  məhz insaların (hərbi qulluqcuların) sağlamlığını şəfa tapması yolunda həsir etmiş, işini cox sevən və öhtəsindən layıqınca gələn Mehriban həkim öz ixtisası üzrə 1994 - 2014 - cü illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hospitalının reanimasiya şöbəsində baş ordinator, əməliyyat blokunun rəisi, 2014-2021-ci illərdə isə Müdafiə Nazirliyinin Hərbi Həkim komisiyyasının  sədr müavini,Müdafiə Nazirliyinin  Hərbi- Tibb  Baş İdarəsinin  Mərkəzi Poliklinikasının  rəisi, Müdafiə Nazirliyinin Hərbi Tibb fakültəsində  kafedra rəisi vəzifəsində Vətənə  və xalqa, sədaqətlə xidmət edib

      Mehriban Həkim  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların,  Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.

        

Hərbi və həkim yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

     

Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər və Müdafiə Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəisinin,  hərbi hissə komandirinin (hərbi hospital rəisinin)  müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə görə əlacı döş və yubley nişanları ilə, bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə (pul  mükafatı ilə)  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz  vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:


1.“Hərbi xidmətlərə görə” 


2.“Azərvaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı “ medalı ilə;


3.“Hərbi xidmətdə” fərqləndiyinə görə 1-ci dərəcəli medal ilə;


4.“Hərbi xidmətdə” fərqləndiyinə görə 2-ci dərəcəli medal ilə;


5.“ Hərbi xidmətdə” fərqləndiyinə görə 3-cü dərəcəli medal ilə;


6."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının10 illiyi( 1991 -2001)” yubiley  medalı ilə;


7."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının"90 illiyi (1918 -2008)”  yubiley   medalı ilə;


8."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının"95 illiyi (1918 -2013)” yubiley medalı ilə;


9."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi (1918 -2018)” yubiley medalı ilə;


10."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə,

 11."Qüsursuz xidmətə görə” 2 -ci  dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


12."Qüsursuz xidmətə görə"3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


MEHRİBAN  HƏKİM  DOĞUM GÜNÜN MÜBARƏK!!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages