İstefada olan zabitimiz vəfat edib.



Daxili Qoşunların komandanlığı,Daxili Qoşunların hərbi vəzifəliləri, hərbi qulluqcuları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi istefada olan Mayor Əhmədov Əhməd Paşa oğlunun may ayının 2 də qəflətən vəfat etməsi ilə əlaqədar ailəsinə, yaxınlarna dərin hüzünlə başsağlığı verir.


Əhmədov Əhməd Paşa oğlu 1966 -ci ilin sentyabr ayının 1 -də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində zəhmətkeş ailədə anadan olub.


1974 -cü ildə Naxçıvan Muxtar Muxtar Respublikasının Naxçıvan şəhərində 6 nömrəli məktəbin birinci sinfinə getmiş, 1984 - cü ildə həmin məktəbi bitirdikdən sonra, 1984 - cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş 1991- ci ildə həmin İnstitutu bitrib.

İstefada olan mayor Əhməd Əhmədov 1984 - 1986 -ci illərdə SSRİ Müdafiə Nazirliyinin Svastopol şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.1991- 2017 - ci illərdə Naxçıvan şəhər Ticarət idarəsində mühasib, Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında isə taqım komandiri və xidmət rəisi vəzifələrində xidmət etmişdir.


İatefada olan mayor Əhməd Əhmədov peşəkarlığı və humanistliyi ilə secilən ömrünün ən məhsuldar dövrünün 27 illk şərəfli xidməti yolununin dörd ilini Naxçıvan şəhər Ticarət İdarəsində, iyrimi üc ilini isə hərbı xidmətdə keçirərək, Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir.

    Əhmədov Əhməd Paşa oğlu oğlu Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hissəsində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə  bütun şəxsi heyət ücün nümnə olmuşdur.

   

O, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvala edilmis vəzifələrin yerinə yetirilməsində, ictimai təhlükəsizliyin təmin edilməsində və qorunmasında iştirakı zamanı üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     

Mayor Əhməd Əhmədov xidməti  vəzifələrin yerinə yetirilməsi zamanı xüsusi fəriqləndiyinə görə  Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin və xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri ilə  əla xidmətlərə görə əlacı döş və yubiley nisanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağdakı medalarla təltif edilib:

1.”Qusursuz xidmətə görə” 1- ci dərəcəli medala- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qusursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xudmətə görə;


3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli  medala-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respubilkası  Silahlı

Qüvvələrinin  yaranmasının 10 illiyi 

( 1991-2001)” medala;

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)” medala;

6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 95 illiyi (1918-2013)” medala.




Allah rəhmət   eləsin!

Məkanı cənnət olsun.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədr müavini polkovnik Salman Musayev.

Hiç yorum yok:

Yorum Gönder

Pages