Əməkdar jurnalist polkovnik-leytenat Təranə Məmmədovanın 19 aprel doğum günüdür.



Müasir Azərbaycan jurnalistikasının peşəkar üzvlərnlərindən biri olan, tanımış və bacarıqlı “Əməkdar”jurnalist polkovnik leytenat Məmmədova Təranə Oktay qızının 19 aprel doğum günüdür. 2021-ci illin noyabr ayının 18 -də Bakı şəhərində vəfat etmiş,
sayılıb-seçilən, tanımış jurnalist Təranə xanım, əgər yaşasaydı aprel ayınınn 19-da 65 yaşını qeyd  edəcəkdi.

Ömrünü gününü Vətənin bütövlüyünə,xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır.Belə vətən təəssübü çəkən qızlardan biridə Daxili işlər nazirliyi Daxili Qoşunlarında şərəfli xidməti yolu keçmiş, haqsevər,torpağına  və xalqına  bağı gözəl  insan
polkovnik- leytenant Məmmədova Təranə Oktay  qızı idi.

Təranə öz işində əzimkar bilikli, işgüzar, obyektiv,pirinsipial,qayğıkeş,xeyirxah, vətənpərvər və təvazökar  insan,  fədakar və əvəzsiz   jurnalist kimi tanımışdır.

Təranə xanım əməli işi, insanlıq naminə fədakarlığı ilə ürəklərdə əbədi yaşayan, Azərbaycan qadınına xas bir çox nəcib xüsusiyyətləri öz şəxsiyyətində birləşdirən yüksək təcürbəli  jurnalist və qayğıkeş el anası idi. 

Təranə  xanımın sadalanan  bütün müsbət keyfiyyətləri bir tərəfdən  öz zəhməti, biliyi, təcürbəsi və əməyi ilə qazanmışdır.Azərbaycan Jurnalistlər birliyin fəal  üzvü idi.

Məmmədova Təranə Oktay qızı  1959-cu ilin aprel  ayının 19-da  Azərbaycan Respublikasının Beylaqan rayonunda zəhmətkeş ailədə anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Vedi rayonundan idi.

Məmmədova Təranə Oktay qlzı 1977-ci illdə Beylaqan rayonunda orta məktəbi, 1982-ci  ildə isə  Bakı  Dövlət Universitetinin “jurnalistika” fakultəsini bitirmişdir.     

Sakit təbiətli, öz işinin peşəkarı olan, yalnız qərarı qəbul etməyi bacaran Təranə xanım 1983-1991 -cü iilərdə Azərbaycan mətbuat orqanlarda öz ixtisası üzrə müxtəlif vəzifələrdə  işləmişdir.

1992-2013 -cü illərdə  Daxili Qoşunların Baş İdarəsinin  Mətbuat  xidmətində “Əsgər” qəzetinin  baş redaktorunun müavini,
mətbuat  xidmət rəisinin müavini- əsgər qəzetinin baş redaktoru və mətbuat xidmətininn rəisi vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə  xidmət etmişdir.
 
Təranə Oktay qızı  Məmmədovanın  Daxili işlər nazirliyi  Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri həmişə əvəzsiz idi.O,yüksək peşəkarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti,  humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,təşkilatçılıq bacarığı,iradı və mənəvi keyfiyyətləri  ilə həmişə seçilən zabitlərdən biri olmuşdur. 
 
Öz işinin peşəkar ustası kimi, həqiqəti heç kimə görə dəyişməyən Təranə Məmmədova  bir iti qələm sahibi idi.

Təranə xanım həmişə öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına  əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində daimi nümünə  olmuşdur.

Dövlətçiliyimızın möhkəmləndirilməsi ücün var qüvvəsi ilə yorulmadan calışmış Təranə Məmmədova  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  “Azərbaycan Ordusu”,”Dövlət Sərhədi”, ”Polis (mübariz keşiyində) qəzetləri və digər mətbuat orqanları ilə sıx  əməkdaşlıq etmiş, o ön cəbhədən, alı hərbi məktəbdən,hərbi hissələrdən (əlahiddə bölmələrdən), Daxili Qoşunların Baş İdarəsindən hazırladığı  məqalə  və   reportajlar  Azərbaycan radiosunda  və dövlət televiziya  kanalların  hərbi  vətənpərvərlik verilişlərində vaxtaşırı səslənmişdir.

 Müxtəlif televiziya və radio verlişlərində, dövr mətbu orqanlarda  vaxtaşırı çıxış  edən polkovnik leytenat Təranə Məmmədova xidməti vəzifəsi ilə əlaqədar  daimi hərbi hissələrdə  olmuş,
əsgəri xidmətdə olan gənclərin  vətənpərvərlik ruhunda  tərbiyə olunmasına səy göstərmişdir.O bir əməkdar jurnalist  kimi torpaqlarmızın müdafiəsi uğrunda  gedən döyüşlərdə  vətən oğullarının qəhramanlığından bəhs edən protret oçerklərdən  ibarət “Oğullar can verir ki,  yaşasın Azərbaycan”, “Nə xoşbəxtdir türkəm deyən”   kitabların müəllifi idi.Vətənpərvərlik  mövzusunda televiziya və adio verilişlərində   çıxışlar etmiş Təranə xanımın  dövri mətbu orqanlarında (qəzet və jurnallarda)  vaxtaşırı bir cox  məqalələri dərc edilmişdir.

Təranə Məmmədova  Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xətti ilə bir sıra xarici  ölkələrlədə keçirilən tədbirlərdə  ölkəmizi  layiqincə təmsil etmişdir.Ölkəmizin ağır  və çətin vaxtlarında gecəyədək iş yerində öz xidməti  və ictimai vəzifə  borclarını məsuliyyət və şərf hissi ilə yerinə yetirmişdir.O,övladları Cavidlə,Fəridi də vətənpərvər  ruhda  tərbiyə etmişdir. 
 
Öz vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş  və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi  xidmətinə  və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə , Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı döş və yubiley nişanları ilə, bir cox fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir

 polkovnik leytenat Məmmədova Təranə Oktay qızı öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilmişdir: 

1."Qüsursuz xidmətə görə”  3- cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
 
2.”Qusursuz xidmətə görə 2-ci  dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.”Qusursuz xidmətə görə” 1-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının    10-iliyi (1991-2001)”yubiley medalı ilə; 

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90-illiyi (1918-2008)”yubiley medalı ilə.

5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;

Azərbaycan Respubilkasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə, igidliyə və hərbi   xidmət keçdiyi dövrdə  göstərdiyi digər xidmətlərə    görə  Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin 9 mart 2007-ci  il tarixli  müvafiq sərancamına əsasən  “Hərbi xidmətlərə  görə” medala təltif olunmuşdur.

Daxili işlər nazirliyi Daxili Qoşunların 
“Əsgər” qəzetində çox illik səmərəli fəaliyətinə görə  Azərbaycan Respubilkası Prezidentinin 11 mart 2011-ci il tarixli  sərancamına əsasən polkovnik-leytenat Məmmədova Təranə Oktay qızına  “Əməkdar jurnalist”  adı verilmişdir. 

Azərbaycan jurnalistikasının  inkişafında uzun müddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirildiyinə görə Təranə xanım ”Həsən bəy Zərdabi” mükafatına layıq  görülmüşdü.  

Təranə xanımın ölümündən 2 ildən çox ötməsinə baxmayaraq, onun qoyub getdiyi ədəbi irs, xalqmızın,vətənmizin yolunda göstərdiyi fədakarlıq onu zirvələrə qaldırmış, əbədi yaşarlığa qovuşdurmuşdur!

Hal-hazırda haqq dünyasında olan polkovnik leytenat Məmmədova Təranə Oktay qızının  əziz ruhu hər zaman onu tanıyanların,sevənlərin yadaşında hafizəsində əbədi yaşayacaq.Onun əziz xatirəsi  doğmalarının, yaxınlarının,tanışlarının, iş yoldaşlarının, həmçinin Respubilka ictimayyətin yadaşında həmişə yaşayacaq, daimi  hörmətlə xatırlanacaq və yad ediləcəkdir.
Belə  vicdanlı  qızları ilə tanınır Vətən.!

TƏRANƏ XANMA
ALLAH RƏHMƏT ELƏSİN!

RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!
 
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə  Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages