Təbrik: Polkovnik leytenat Azər Quliyev-50




  İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun dünyaya gəldiyi gündür. Belə insanlardan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz- dəst  xətti olan polkovnik- leytenat Azər Quluyevin   aprel  ayının 26 -da dünyaya  göz acdığı gündür.

Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən ehtiyatda olan polkovnik - Quliyev Azər   Vaqif  oğlunu Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları   səmimi- qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Azər qoy yaşınızın üstə gələn bu yaş  da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni  iliniz  isə ötən illərdən daha gözəl istəklərinə uyğun   sizi xoşbəxt edəcək şəkildə keçsin.
      
Polkovnik - leytenant Quliyev Azər  Vaqif oğlu  1974 - cü ilin  aprel ayının 26 da  Azərbaycan Respublikasının  Kəlbəcər rayonunun İstisu  kəndində ziyalı ailəsində dünyaya göz açıb.
      
1990 - ci ildə  Özbəkistan Sovet Sosialist Respublikasının Səmərqənd şəhərində orta məktəbin  9 - ci sinifni, 1991- ci   ildə Bakı şəhərində  orta məktəbin  10 - cu sinifni,  1994 - ci ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov  Ali hərbi məktəbin 3 - cü kursunu, 1997- ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Polis Akademiyasını bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində, Ali hərbi məktəbdə və hərbi hissələrində kecirlən bir cox təlim-metodiki toplanışlarlarda,     müvafiq ixtisasartırma  kurslarda, hərbi-  xüsusi taktiki təlimlərdə,  nümunəvi göstərici  məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
    
1994 -  2018 - ci illərdə  Daxili Qoşunların Xəzər,  Nərimanov,  Hacıqabul, Zaqatala rayonlarında və Şəki şəhərində  yerləşən hərbi hissələrində  və Ali hərbi məktəbdə tədris  taqımın komandiri-müəllim, bölük komandiri, hərbi hissənin  İdman və fiziki hazırlıq rəisi,  ayrıca yerləşən Əlahiddə tabor  qərargahının rəisi,  tədris tabor  komandiri, kafedra rəisi,  Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında isə  baş inspektor vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib. 
   
1918 -   2020 -ci illərdə Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətində  Qanunsuz İmiqrantlarların ölkədən çıxarılması şöbəsinin rəisi vəzifəsində olub.

Azər Quliyev  idman sahəsində  (Atəş və yüngül atletka üzrə) ən yüksək nəticələr göstərdiyinə görə Daxili Qoşunların Baş İdarəsinin  və Daxili işlər nazirliyin  İdmam cəmiyyətinin  yığma komandasının üzvü olmuş, O güc nazirliklər arşında keçirilən birincilik   yarışlarında  öz tövhəsini vermişdir.   
 
Polkovnik leytenant Azər Quliyev Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər,  səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli   zabit kimi göstərmişdir.
     
Azər Quliyev istər orta  və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də  xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış,  qohum -əqrəba  arasında özünə layiq hörmət qazanmışdır .
 
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin,  hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların  tələblərinə və vəzifə borclarının icrasına Azər Quliyev  məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
     
Qanunvercilikləmüəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvələ  olunmuş vəzifə və  tapşrıqların yerinə  yetirilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində, hərbi və  fövqaladə vəziyyət  (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  Azər Quliyev üzərinə düşən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.
     
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Polis Akademiya  rəisinin
Ali Hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı,yubiley və müvafiq idman  dərəcəsi döş nişanları ilə, bir çox fəxri fərmanlarla,
diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları  yernə yetirərkən  fəriqləndiknə və nümunəvi xidmətinə görə   Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli,   “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" isə 10 illiyi, 90 iliyi  və 95 iliyi yubiley  medallıarı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. AZƏR !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə  Veteranı   polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages