Həmişə müqqədəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fəriqlən, fədakarlığı ilə vətəndaşlığın əsas meyarı hesab edən , cəfakeş həkimlərmizdən biri olan - ehtiyatda olan tibb xidməti mayor Nuruyeva Nuriyyə Gülmalı qızının mart ayının 6-da dünyaya göz açdığı gündür.Belə bir əlamətdar gün münasibətilə daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan Nuriyyə Nuruyevanı belə bir əlamətdar gün munasbətilə mayor Nuriyyə Nuriyevanı Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yolarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Nuriyyə xanım qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Ali dərəcəli peşəkar həkim Nuriyeva Nuriyyə Gülmalı qızı 1972 -ci ilin mart ayının 6-da Şirvan (Əlbayramlı) şəhərində ziyalı ailəsində anadan olub. Atası Gulmalı Nuriyev Prokurorluq orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət edib.
Şərəfli xudməti ilə insanların (hərbi qulluqçuların,müdavimlərin) hörmətini qazanan Nuriyyə həkim Ucar rayonunda 4-cü sinifi, Xanlar rayonunda 9-cu sinifi, 1989- cu ildə isə Nefitcala rayonunda 10 -cu sinifi , 1995 -ci ildə isə Azərbaycan Dövlət Tibb Universiteti, 2003-cü ildə isə London şəhərində həkimlərin ixtisas artırma kursunu bitrib.
Nuriyyə xanım Dövlət Sərhəd Qoşunlarda , Ədiliyə Nazirliyində və Daxili işlər nazirliyi Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində dəfələrlə həkimlərin təhkimləşdirmə İnstitutunda müvafiq kurslarda olub. Nuriyyə həkim Daxili işlər nazirliyin tibb idarəsində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hospitalinda keçirilən bir çox təlim metodiki toplanışlarda ,hərbi və xüsusi -taktik təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Tibb xidməti mayoru Nuriyeva Nuriyyə Gülmalı qızı ,1997-1999 -cu illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tibb İdarəsində müxtəlif vəzifələrdə, 1999 -2002 -ci illərdə Ədiliyə Nazirliyinin baş tibb İdarəsinin hospitalında hospital rəsinin müalicə işləri üzrə müavini- tibb xidməti rəisi, 2003- 2017-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında psixiatriya şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsində isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. Hal- hazırda Nuriyyə xanım Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski Adına Hərbi Liseyndə həkim vəzifəsində işləyir.
Müstəqiliyimizin, ərazi bütövlüyüzün naminə Vətənin haqq harayına qoşularaq, əməli, işi ilə bu sahədə zəhmətə alışan oğullarmızla yanaşı Həcər qeyrətli qızlarmız,qadınlarmız vətəndaşlıq, övladlıq və insanlıq borcularını şərəflə yerinə yetiriblər. Öz yüksək peşəkarlığız humanistliyi ilə, sadəliyi, səmimiyyəti, dəqiqliyi, xoş sifəti,qayğıkeşkiyi, təmkinliyi, vətənpərvərliyi,iradı, mənəvi keyfiyyətləri eləcə də gözü- könül toxluğu ilə sayılıb seçilən həkimlərmizdən biri olan- ehtiyatda olan tibb xidməti mayoru Nuruyeva Nuriyyə Cülmalı qızı Daxili Qoşunların kollektvində mehriban ana, qayğıkeş həkim və fədakar zabit kimi tanınıbdır. Ürək açan xidməti fəaliyyəti ilə şəxsi heyətin dərin rəğbətini qazanıb.
Müstəqil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsində və hərbi hospitalinda müxtəlif vəzifələrdfə xidmət etdiyi illər ərzində tibb xidməti mayoru Nuruyeva Nuriyyə Cülmalı qızı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmiş,sözün əsln hippokrat adnına isə həmişə sadiq qalmışdır.
Nuriyyə xanım Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrdı və kütləvi idman tədbirlərin (dövlət əhəmiyyətli idman yarışların) keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və asayişin təhlükəsuzliyin təmin edilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və bqçqa fövqaləda vəziyyət zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində Nuriyyə xanım üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Öz xidməti vəzifə borclarının icrasına məsuliyyətlə yaşadığına görə Ədliyyə Nazirnin, Dövlət Sərhəd Xidmət rəisinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Cəmşid Naxcvanski adına Hərbi Lisey rəisinin, hərbi hissə komandirinin ( hospital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley nişanları, pul mükafatları ilə təltif olunub, bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi xidmətdə xüsusi xidmətlərininə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı meallarla təltif edilib:
1.” Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-iliyi və 95 iliyi yubiley medalları ilə.
DOĞUM GÜNÜZ MÜBRƏK OLSUN, NURİYYƏ XANIMI!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibəi Veteranı polkovnik Salman Musayev
Tebrikler 100 yasayin
YanıtlaSil