Ömrünü gününü Vətənin bütövlüyünə,xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə vətən təəssübü çəkən qızlardan biri də Daxili İşlər Orqanlarında,Azərbaycan Ordusunda və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında şərəfli xidməti yolu keçmiş- tibb xidməti
polkovnik leytenat Nabatəliyeva Xanımzər Cəmil qızı yaşasaydı iyun ayının 10- da 68 yaşı olardı.
Nabatəliyeva Xanımzər Cəmil qızı 1955-ci ilin iyun ayının 10-da Naxcıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kənd- Şahbuz kəndində ziyali ailədə anadan olub. Xanımzərxanım 2012-ci ilin avqust ayında səhər xidməti iş yerinə gedərkən yol- qəzası nəticəsində ağır yaralanmış və həmin ilin sentyabr ayının 5 -də Bakı şəhərində vəfat etmişdir.
Əzimkar bilikli,işgüzar,qayığıkeş, xeyirxah insan və fədarkar həkim Xanımzər Nabatəliyeva 1972-ci Şahbuz rayonun C.Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbini 1981-ci ildə NərmanNərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “Sanitariya -giyeyena” fakultəsini bitirmişdir.Xanımzər həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir necə dəfə Azərbaycan Respubilkasının Sahiyyə Nazirliyi Dövlət həkimləri təkmilləşdirmə İnstitutunda ixtisas artırma kurslarında olub.
Sakit təbiətli, öz işinin peşəkarı olan,yalnız qərarı qəbul etməyi bacaran Xanımzər həkim 1972-1973 -cü iilərdə Sahbuz rayon baytarlıq şöbəsində sanitar işləyib.1981-1983-cü illərdə Şahbuz rayonunda həkim- parazitoloq vəzifəsində olub.Həyat yoldaşının iş yerini dəyişməsi ilə ələqədar 1983- 1990 -cu illərdə SSRİ Daxili İşlər Nazirliyin Komi ASSR-də yerləşən islah- əmək müəsissələrinin poliklinikasında və idarəsində həkim (zabit) kimi calışmışdır.1990-1994 - cü iilərdə Azərbaycan Ordusunun döyüş bölgələrində və Naxcıvan şəhərində yerləşən hərbi hissələrində tibb xidmət rəisi vəziələrində olub. 1995- 2012-ci illərdə Daxili Qoşunların Naxcıvan şəhərində yerləşən hərbi hissədə tibb xidməti rəisi, Daxili Qoşunların Baş İdarəsində isə Sanitar- epidemillogiya dəstəsinin rəisi vəzifəsində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.Xanımzər həkim Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzidə Qadınlar şurasının sədri olmuşdur.2008 -ci ildə Azərbaycan Qadınlar qurultayının iştirakcısı olub.
Xanımzər Cəmil
qızı Nabatəliyeva peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyət ilə, dəqiqliyi və təmkinliyi ilə, təşkilatçılıq bacarığı ilə seçilən ömürünün ən məhsuldar dövrünün 28-ildən cox şərəfli xidmət yolunu Daxili İşlər Orqanlarında, Azərbaycan Ordusunda Din-in və Daxili Qoşunlarda xidmətdə kecirmişdir.
Azərbayc an Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə , hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. “Hippokrat”andı içən Xanımzər həkim, həmişə icdiyi anda həmişə sadiq qalmışdır.
Səhiyyə fədası,cəfərkeş həkim Xanımzər Nabataliyeva Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz ixtisası üzrə müxtəlif televiziya və radio verlişlərində cıxışları olub,dövri mətubu orqanlarında vaxtaşarı məqalələri dərc olunub,sanitar -epidemillogiya sahəsi üzrə isə bir sıra metodiki vəsaitlərin müəllifi idi.
Öz vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə , Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Ali dərəcəli tibb xidməti polkovnik leytenatı Nabatəliyevə Xanımzər Cəmil qızı xidmədə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medalarla təltif edilib:
1."Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 1-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10-iliyi (1991-2001)” medalı ilə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90-illiyi (1918-2008)” medala.
Azərbaycan Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində,hərbi vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə Azərbaycan Respubilkasının Prezidendi İlham Əliyevin 2005-ci il 6 may sərancamına əsasən “Hərbixidmətlərə görə” medala təltif olunub.
Hal-hazırda haqq dünyasında olan polkovnik leytenat Nabatəliyev Xanımzər Cəmil qızının əziz ruhu onu tanıyanlar tərəfdən daimi hörmətlə xatırlanır və yad edilir.Belə vicdanlı qızları ilə tanınır Vətən.!
XANIMZƏR HƏKİM CƏNNƏTDƏKİ 68 YAŞIN MÜBARƏK OLSUN !
ALLAH RƏHMƏT ELƏSİN.
RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder