Daxili işlər nazirliyi Daxili Qoşunların həyatında öz dəst-xətti olan yüksək peşəkarlığı,humanistliyi, işgüzarlığı, dəqiqliyi, təmkinliyi, sadəliyi,səmimiyyəti, təvazökarlığı, vətənpərvərliyi ,iradı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu Daxili işlər nazirliyi Daxili Qoşunlarında keçirmiş- ehtiyatda olan polkovnik- leytenant Məmmədov Maqsud Məstalı oğlu dekabr ayının 16-da, Xırdalan şəhərində qəflətən 53 yaşında vəfat edib.
Din-in Daxili Qoşunların Komandanlığı, Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, peşəkar hərbici, müharibə veteranı, istefada olan polkovnik leytenat Maqsud Məmmədovun vəfatından kədərləndiyini bildirir və dərin hüznünlə əzizlərinə, doğmalarına və yaxınlarına başsağlığı verir.
Məmmədov Maqsud Məstalı oğlu 10 yanvar 1970-ci ildə Zəngilan rayonunun Bürünlü kəndində dünyaya göz açıb.
1988 -ci ildə Zəngilan rayonunun Bürünlü kənd orta məktəbi, 1994- cü ildə Daxili işlər nazirliyi Daxili Qoşunların Novosibirsk Ali Hərbi Komandanlıq məktəbini bitirib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Vətənimizdə və xarici ölkələrdə müvafiq ixtisas artırılma kurslarında, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Maqsud Məmmədov 1988-1990 -ci illərdə SSRİ Din-in Nazirliyinin Daxili Qoşunların Özbəkistan Respublikasında yerləşən hərbi hissələrin birin də müddətli həqiqi hərbi xidmətdə olmuşdur
1994-2010-cu illərdə Din-inDaxili Qoşunların Füzuli, Binəqədi, Xəzər, Hacıqabul, Nərimanov rayonlarında və Lənkəran şəhərində yerləşən hərbi hissələrdə taqım və böluk komandiri, hərbi hissənin döyüş hazırlığı bölməsının rəisi, hərbi hissə komandirinin birinci müavini - qərargah rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə döyüş hazırlığı şöbəsində baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
O, gənc vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə fərqlənmiş, əxlaqı tərbiyəsi ilə daima ətrafında olan həmyaşıdlarına nümunə olmuşdur. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə özünü nizam və intizamlı peşəkar hərbiçi kimi göstərmişdir.
Maqsud Məmmədov təhsil aldıgı təhsil müəssisələrində, eləcə də xidmət etdiyi hərbi hissələrdə kollektiv arasında həmişə müsbət tərəfdən seçilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanun- larına əməl etməsi, Hərbi Andın, hərbi və Din-in daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi - normativ aktların tələblərinin yerinə yetirilməsi işində öz tabecliyində olanlara daimi şəxsi nününə olmuşdur.
O, Daxili Qoşunlarda xidmət etdiy i illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum — əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Polkovnik-leytenant Maqsud Məmmədov Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıq-ların yerinə yetirəİlməsində, şəhərdə, kütləvi tədbirlərin keçirilmə yerlərində və yaşayış məntəqələrində ictimai asayişin qorunmasın-da və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və cəza - çəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübariz- ədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (fövqəladə vəziyyət və komendant saatı ) zamanı hüquqi rejim tədbirlərin həyata keçirməsində, , dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Məmmədov Maqsud Məstalı oğlu Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində döyüş hazırlığı bölməsinin rəisi və hərbi hissə komandirinin müavinini-qərargah rəisi vəzifələrində xidmət etdiyi illər ərzində taborda və əlahəddə bölmələrdə keçiirlən, yekun (nəzarət) yoxlama, eləcədə kompleks və məqsədli qrupların rəhbəri (hərbi hissənin idman komitəsinin sədri, hərbi hissədə təhvil- təslim, mandat, attestasiya, buraxılış imtahan komissiyalarının üzvü və sədri) olduğu müddətdə üzərinə düşən vəzifə və tapşırıqlar layiqincə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən əla xidmətlərə görə əlacı və yubiley və müvafiq idman dərəcəsi döş nisanları ilə təltif olunub, bir çox fərmanlarla, (pul mükafatı ilə) qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı «əla xidmətlərinə görə»təlimlərdə , döyüş növbəsində, döyüş xidmətində xüsusi fəriqləndi-yinə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcə-li Azərbaycan Respublikası- nın Silahlı Qüvvələrinin yaranmasının isə 10 -iliyi və 90-iliyi yubiley medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder