Hadisəni törədən polis əməkdaşı isə azadlıqdadır.
Yanvarda İmişlidə yol polisinin törətdiyi qəzada iki məktəblinin ölümü, ikisinin yaralanmasından sonra rayon sakinləri etiraza qalxmışdı. Etirazçılar polislərin özbaşınalıqlarına son verilməsini tələb edərək qəza törədən polis maşınını aşırmışdı.
Bu gün İmişli məhkəməsi həmin hadisələrdə təqsirli bilinən rayon sakinlərinə cəza təyin edib.
Onlardan bir nəfərə 1 il, üç nəfərə 1 il 6 ay, bir nəfərə 2 il, üç nəfərə 4 il həbs cəzası verilib.
Məhkəmə digər 11 nəfərə isə 1 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması hökmünü verib.
Hiç yorum yok:
Yorum Gönder