Müharibə zamanı Müdafiə Nazirliyinin mütəmadi paylaşdığı videodan sosial media istifadəçiləri onun şəklini kəsib paylaşdıqdan sonra məşhurlaşmışdı. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. 2023-cü ildə Fransada rejissor kristofer raylat tərəfindən "ermənistan təhlükədədir" adlı təbliğat filminin çəkilməsi üçün vəsait yığımı kampaniyasına start verilmişdi. Həmin kampaniyanın posterində Topçu Vüsalın məşhur fotosu erməni hərbçinin fotosu kimi təqdim olunmuşdu. Vüsal Şahkərimovun məşhur şəkli 9-cu siniflər üçün dərs vəsaiti olan "Zəfər Tarixi" kitabının 44-cü səhifəsində, "Vətən müharibəsi" bölməsinin ilk səhifəsində yerləşdirilib. "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Allah can sağlığı versin.
Vətən Müharibəmizin simvollarından biri, "Topçu Vüsal" kimi tanınan Vüsal Şahkərimovun sabah 24 yaşı tamam olur.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder