Dağlar yadıma düşdü
Üşüməsin
Üşüməsin
Təmənna eylərəm uca dağlara,
Tufan qoparmasın,yar üşüməsin.
Tanrı mürvət versin qoca dağlara,
Alma göynəməsin,nar üşüməsin.
Ruhu nur çiləsin xətti–xalına,
Ay həsəd aparsın gül camalına,
Bir giley sızmasın xoş əhvalına ,
Könlüm çəkər ahu–zar üşüməsin.
Səs ver aman dağlar,mənim səsimə,
Qoyma soyuq dəyə gül nəfəsimə ,
Qoy gəlsin sığınsın odlu köksümə,
Yoxsa yazda yağar qar,üşüməsin.
Tufan qoparmasın,yar üşüməsin.
Tanrı mürvət versin qoca dağlara,
Alma göynəməsin,nar üşüməsin.
Ruhu nur çiləsin xətti–xalına,
Ay həsəd aparsın gül camalına,
Bir giley sızmasın xoş əhvalına ,
Könlüm çəkər ahu–zar üşüməsin.
Səs ver aman dağlar,mənim səsimə,
Qoyma soyuq dəyə gül nəfəsimə ,
Qoy gəlsin sığınsın odlu köksümə,
Yoxsa yazda yağar qar,üşüməsin.
Hiç yorum yok:
Yorum Gönder