Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır?




40 İllik İşçi Həmkarlar İttifaqından Niyə üz döndərdi?  "Fəxri Neftçi", 40 il Azəriqaz İstehsalat Birliyində çilingər və sahə rəisi olmuş fəhlə. "Azeriqaz"-da baş verən narazılıqlarla bağlı "Fəxri Neftçi" Əsədulla Feyzullazadə azreform.info-ya müsahibə verib.

-Əsad müəllim, 40 il Azəriqaz İstehsalat Birliyində çilingər, sahə rəisi olmuş indi də fəhlə. Maraqlı həyatınız var.   

-Əslən Bakının Nardaran kəndindənəm. Ordudan sonra birbaşa Qaz İdarəsinə işə düzəldim. Peşə artırma kurslarında təhsil aldım. Əsasən Nəsimi rayonunda çilingər, sonra sahə rəisi kimi çalışdım. Son 15 ili yenə çilingərəm. O vaxt adamın diplomuna yox, iş bacarığına baxırdılar. İndi isə min bir yolla diplom alanlar rəis olub. Məsələn, keçmişdə rəisimiz var idi, Fərhad Tanrıverdiyev (Allah rəhmət eləsin). Fəhlə paltarı geyinər, bel alıb yoldaşları ilə birlikdə yer qazardı, qəza aradan qaldırardı. Kabinetində kreslo yox adi stul idi... 

-Son vaxtlar narazılıgınız nədən irəli gəlir?  

- (acı gülümsəyir) Zəmanədəndir oğlum, zəmanədən. Keçmişdə Həmkarlar Komitəsi fəhlənin can yoldaşı idi. Zərərli işə görə süd payı, əmək haqqına "ağır iş əmsalı" verirdilər. İndi nə idarə işçiyə qiymət verir, nə Həmkarlar... 15 ildir 100 nəfərlik kollektivin yuyunma otağı belə yoxdur! İşçilər qaz qəzalarından, torpaq qazmağdan gəlir – həyətdə qadın işçilər gedəndən sonra köynəyini soyunub küçədə üz-əl yuyur.  

 

-Rəhbərlikdən şikayətiniz var?  

-Son aylarda "struktur dəyişikliyi" deyib işçilərin qrafikini alt-üst edirlər: növbədə olanı 8 saatlıq işə keçirərlər, ya əksi... İşdə səriştəsi olmayanları gecə növbəsinə tək yazırlar. Allah eləməsin bir qəza olsun. Qazı hardan necə bağlayacaq, bilmirlər. Özüdə əvvələr Əmək təhlükəsizlik qaydalarına görə növbədə 3 çilingər olurdu ki, Bakının mərkəzində qaz siyirmələrdə yeraltı quyudadır. Biri bağlayanda o biri onu təhlükəsizlik kəməri ilə saxlamalıdır ki, quyuda qaz olur. Biridə maşın yolunda maşınları başqa səmtə yönəltməlidir. Bu gün isə fəhlənin sayı azalıb, rəislərini sayı çoxalıb. Fevraldan buyana 2-ci dəfə qanunsuz attestasiya keçirdilər. Əmək Məcəlləsinə görə attestasiyaya düşməyən işçilərin (o cümlədən mənim) adına "yalançı qiymət vərəqləri " yazdılar. Mənə dedilər: "Ya işdən çıx, ya da aşağı maaşla aşağı dərəcəli çilingər ol!" Halbuki təqaüdə çıxmağıma 2 ay qalıb. Həmkarlar İttifaqına müraciət etdim – "düşünürük" deyə cavab verirlər.  



 

-Həmkarlar İttifaqından çıxmaq qərarına nə apardı?  

-40 il üzvlük haqqı verdim, amma bir dəfə olsun hüququmu qoruyan olmadı. Adam bazarda pul verib ən azından alış-veriş edir. Bunların borcu işçini qorumaqdır – bacarmırlar! İş yoldaşlarıma da deyirəm: "Hər ay pul ödəyirsən, ömründə bir dəfə kömək lazım olanda susurlarsa, nəyimizə lazımdır?" Bu gün çoxlu ictimai təşkilatlar var ki, öz üzvünə çan yandırır. Əsas olan, çətinə düşəndə səni qoruyan olsun, hüququ yardımın olsun. 

Hiç yorum yok:

Yorum Gönder

Pages