Ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarında keçirirmiş, yüksək peşəkarlığı, hümanistliyi, işgüzarlığı, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi,xeyirxahlığı, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, hörmətli veteranımız- istefada olan polkovnik Xaliq Eyvazovun iyun ayının 22-də dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün sınaqlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan polkovnik Xaliq Eyvazov doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN- in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, ona cansağlığı və uzun ömür arzulayır.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharubə veteranı- polkovnik Eyvazov Xaliq Rəşid oğlu 1969-cu ilin iyun ayının 22-də Krasnodar vilayətində müəllim ailəsində anadan olub.
1986-cı ildə Qax royonunda orta məktəbi, 1990-cı ildə Moskva Ümumqoşun Ali Hərbi komandirlər məktəbini, 2012-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
Xaliq Rəşid oğlu Eyvazov DİN-in Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirilən bir çox təlim -metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, zabitlərin komandir hazırlığı dərslərində, seminar və konfranslarda fəal iştirak etmiş, Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunlar Akademiyasında isə “Komanda-Qərargah kursların”da olub.
X. Eyvazov 1990-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə, 1992-2024-ci illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gəncə şəhərində, Nərimanov, Xəzər və Xətai rayonlarında yerləşən hərbi hissələrində və Ali hərbi məktəbində qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin və Ali hərbi məktəb rəisinin müavini – qərargah rəisi , hərbi hissə (briqada) komandiri, Daxili Qoşunların Baş İdarəsində isə zabit, döyüş hazırlığı şöbəsinin və katibliyin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etib.
Xaliq Rəşid oğlu Eyvazov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək,ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranıdır.
Xaliq Rəşid oğlu Eyvazov Daxili Qoşunlarda xidmət etdiyi dövrlərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların Baş İdarəsinin Atıcılıq üzrə yığma komandasının üzvü olmuşdur.
Polkovnik Xaliq Eyvazov Azərbaycan Respublikası Konstitusiyasınısa və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox hərbi qulluqçular və tabeliyindəklər üçün nümunə olmuşdur
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, terrorizmə və cinayətkarlığa qarşı mübarizdə, axtarışda olan silahlı qruplaşdırılmış dəstə üzvlərinin axtarışında və onların tutulmasında, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi təchizat anbarların mühafizə edilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin ovunmasında Xaliq Eyvazov üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə, səmərəli fəaliyyətinə və xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın, onun müavinlərinin, ali hərbi məktəb və akademiya rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı, müvafiq idman dərəcəsi və yubiley döş nişanları ilə, dəfələrlə qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallar ilə təltif olunub:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;
2. “Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə;
3. “Xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal ilə;
4. “Xidmətdə fərqlənməyə görə “ 1-ci dərəcəli medal ilə;
5.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
6.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
7. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
8. “ Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili görə;
9.“ Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
10.“ Qüsursuz xidmətə görə “ 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvərdə 10 təqvim ili xidmətə görə.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının 21-ci il dönəmi ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin ovunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə polkovnik Eyvazov Xaliq Rəşid oğlu Azərbaycan Respublikası Prezidentinin 2013-cıü il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medala təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN XALİQ!
100 YAŞA, SAĞLAM YAŞ A!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder