Azərbaycanın ləyaqətli, vətənpərvər oğullarından söhbət düşəndə İmişli rayonu Bəhramtəpə qəsəbəsinin yetirməsi, şəhid Alışov Rəhim Havar oğlunun da adı hörmətlə qeyd olunur.
R.Alışov 1959-cu il iyun ayının 21-də İmişli şəhərində doğulub. İmişli rayonundakı 34 nömrəli tam orta məktəbin 8-ci sinfini bitirdikdən sonra nənəsinə kömək etmək məqsədilə həmin rayonun Bəhramtəpə qəsəbəsinə köçüb.10-cu sinfi burda bitirib.1980-1982-ci illərdə həqiqi hərbi xidməti Rusiyanın Kamçatka vilayətində başa vurub.Hərbi xidməti başa vurduqdan sonra Bəhramtəpə qəsəbəsinə qayıdıb. Bəhramtəpə Qum-Çınqıl Karxanasında elektrik montyoru vəzifəsində çalışıb.
1988-ci ilin noyabr ayında başlanan və həmin ilin dekabr ayının 5-nə kimi davam edən Azərbaycan Milli Azadlıq hərəkatının fəallarından olub. 1988-1990-cı illərdə - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar azərbaycanlılar sıxışdırılır, doğma yurdlarından perik düşürdülər.Məhz buna görə də Rəhim bəy Bəhramtəpə qəsəbəsində öz iş-gücü ilə məşğul olammadı. Könüllü surətdə yeni yaradılan Azərbaycan Ordusu sıralarına daxil oldu. Rəhim bəy tək deyildi, ətrafında Qədir Musayev, Məşədi Alməmməd, Rəfael Əhmədov, Elman Əhmədov, Füzuli Məmmədov, Nadir Əliyev, Almaz Məmmədova, Rafiq Məmmədov, Cabir, Sahil, Fəxrəddin, Akif, Atif kimi qorxmaz Vətən övladları vardı.
Rəhim döyüş bölgəsinə yollananda himayəsində 3 azyaşlı övladı vardı: Pərvin və Gülgün Alışovalar, həmçinin, oğlu Mahmud Mehdiyev. Rəhim “Allahu Əkbər” deyib döyüş meydanına atılardı.Pərvin Azərbaycan İlahiyyat Universiitetini bitirib, ailəlidir, himayəsində 2 azyaşlı övladı var. Gülgün xanımın da, oğlu Mahmudun da hərəyə 2 övladı var.
Rəhim Alışov 1992-ci il oktyabrın 18-də şəhid olub. Onun məzarı İmişli rayonunun Bəhramtəpə qəsəbəsindədir. Vaxtı ilə təhsil aldığı Bəhramtəpə qəsəbə tam orta məktəbi şəhid Rəhim Alışovun adını daşıyır.
Ruhu şad, məkanı Cənnət olsun.Amin.
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 21.06.2025.
Hiç yorum yok:
Yorum Gönder