Təbrik:Polkovnik Azər Yusifov- 50: Şərəfli ömür yolu


Yüksək peşəkarlığı,dərin zəkası, vətənpərvərliyi,

xeyirxahlığı,  sadəliyi, səmimiyyəti, təşkilatçılıq bacarığı, idarəçilik qabiliyyəti və səmərəli fəaliyyəti ilə seçilən,   polkovnik  Azər Vidadi  oğlu  Yusifovun  iyun ayının  22 -də dünyaya göz acdığı,daha doğrusu 50 illik yubiley günüdür 

        

Belə bir əlamətdar gün münasibətilə daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, polkovnik Azər  Yusifovu  Daxili İşlər  Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları,dostları və iş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyata insan üçün ən şirin nemət olan möhkəm  cansağlığı arzu edib deyirlər, Azər müəllim qoy yaşınızın üstə gələn  bu yaş da sizə  sevinc dolu illər  bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

     

Polkovnik  Azər Yusifov 1975 - ci ilin iyun ayının 22 -də Qərbi Azərbaycanın  Zəngibasar mahalının  (Zəngibasar rayonunun) Zəngilər kəndində zəhmətkeş bir ailədə anadan olub.

      

1992-ci ildə  Bakı şəhər  üzrə  Təhsil  İdarəsinin  96  saylı orta məktəbi, 1996 -cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  hərbi və fiziki  hazırlığ fakültəsini, 1998 - ci ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən  təlim -tədris mərkəzində  zabitlərin ixtisas artırma kursunu, 2023 - cü ildə  isə   Bakı Dövlət Universitetini   bitrib. Azər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində  və hərbi hissələrində  keçirlən bir çox   təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi və  xüsusi- taktiki təlimlərdə,   seminar və konfranslarda fəal iştirak edib.

     

Azər Vidadi oğlu  Yusifov 1996 - 2017 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Binəqədi,  Xətai,  Nərimanov və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində (hərbi hospitalda) böluk komandirinin tərbiyəvi işləri üzrə müavini,  böluk  komandiri,  tabor komandirinin tərbiyəvi işləri üzrə müavini və hərbi hissə komandirinin (hospital rəisinin) tərbiyəvi işləri üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.Hal- hazırda polkovnik Azər Yusifov Azərbaycan Dövlət Miqrasiya Xidmətinin müvafiq strukturlarının birində şöbə rəisi vəzifəsində xidmət edir.

   

Azər  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

    

 Hərbi yoldaşları Azəri vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

     Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına və Azərbaycan Respubilkasının Dövlət Miqrasiya xidmətinə  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Öz xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və  nümnəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin, Dövlət Miqrasiya Xidmət rəisinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə     əlacı   və yubiley döş  nişanları ilə, dəfələrlə  diplomlarla,fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.


Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:


1.“Hərbi xidmətlərə görə” medalı ilə ;



2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10- illiyi (1991 - 2001)” yubiley  medalı ilə;



3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90-illiyi (1918 - 2008)” yubiley   medalı ilə;


 

4.“Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;


 5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918 - 2013)” yubiley medalı ilə;


6."Qüsursuz  xidmətə görə " 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;


7."Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.


AZƏR YUBİLEY GÜNÜN MÜBARƏK !!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı  və müharibə veteranı, peşəkar  hərbçi  və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages