Ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarında keçirirmiş, yüksək peşəkarlığı, hümanistliyi, işgüzarlığı, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi,xeyirxahlığı, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, hörmətli veteranımız- istefada olan polkovnik Şahin Məmmədovun iyun ayının 21-də dünyaya göz açdığı gündür. Daha doğrusu 60 illik yubiley günüdür.
Daimi həyatın bütün sınaqlarından alnıaçıq və üzüağ çıxan, istefada olan polkovnik Şahin Məmmədovu 60 illik yubiley günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN- in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, ona cansağlığı və uzun ömür arzulayır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharubə veteranı- polkovnik Məmmədov Şahin İbrahim oğlu 1965-ci ilin iyun ayının 21-də Zəngibasar mahalının Zəngilər kəndində zəhmətkeş bir ailədə anadan olub.
1983-ci ildə Zəngibasar mahalının Zəngilər kənd orta məktəbini, 1988-cü ildə Azərbaycan Texnologiya İnstitutunu ,2001-ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən təlim -tədriis mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitrib.
Şahin İbrahim oğlu Məmmədov DİN-in Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirilən bir çox təlim -metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, zabitlərin komandir hazırlığı dərslərində, seminar və konfranslarda fəal iştirak etmişdir.
Ş.Məmmədov 1993-2025-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hacqabil və Zakatala rayonlarında yerləşən hərbi hissələrində bölük komandiri və xidmət rəisi, Daxili Qoşunların Baş İdarəsində isə baş zabit və şöbə rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etib.
Şahin İbrahim oğlu Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək,ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranıdır.
Şahin Məmmədov Azərbaycan Respublikası Konstitusiyasınısa və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox hərbi qulluqçular və tabeliyindəklər üçün nümunə olmuşdur
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, terrorizmə və cinayətkarlığa qarşı mübarizdə, axtarışda olan silahlı qruplaşdırılmış dəstə üzvlərinin axtarışında və onların tutulmasında, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi təchizat anbarların mühafizə edilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin ovunmasında Şahin Məmmədov üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə, səmərəli fəaliyyətinə və xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın, onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı, müvafiq idman dərəcəsi və yubiley döş nişanları ilə, bir çox fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallar ilə təltif olunub:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;
2. “Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə;
3. “Xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal ilə;
4. “Xidmətdə fərqlənməyə görə “ 1-ci dərəcəli medal ilə;
5.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
6.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
7. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
8. “ Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili görə;
9.“ Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
10.“ Qüsursuz xidmətə görə “ 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvərdə 10 təqvim ili xidmətə görə.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının 24-cü il dönəmi ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin ovunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə polkovnik Məmmədov Şahin İbrahim oğlu Azərbaycan Respublikası Prezidentinin (10 mart 2016-cı il tarixli 1877 saylı) sərəncamı ilə “Hərbi xidmətlərə görə” medala təltif olunub.
ŞAHİN 60 illik YUBİLEY GÜNÜNÜZ MÜBARƏK OLSUN!
100 YAŞA, SAĞLAM YAŞ A!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder