Təbrik:Polkovnik-leytenat Oktay Təhməzov - 47





Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunların həyatında  öz dəst-xətti olan, peşəkarlığı, dərin zəkası,  təşkilatçılıq bacarığı, sadəliyi, səmimiyyəti, işgüzarlığı,xeyirxahlığı, iradı və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş, ehtiyatda olan polkovnik-  leytenat  Oktay Təhməzovun aprel ayının  27-də  dünyaya göz acdəğı gündür.

Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan polkovnik leytenat  Oktay Təhməzovu  doğum günü münasibətilə Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,əzizləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər,Oktay qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni illin isə  səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Polkovnik -leytenat  Təhməzov Oktay Təhməz oğlu 1977-ci ilin aprel ayının 27-də Azərbaycan  Respublikasının Xaçmaz rayonunun  Hacıməmmədoba   kəndində zəhmətkeş ailədə anadan olub.

O, 1988 ci ildə     Xaçmaz rayonunun  Hacıməmmədoba  kəndində ibtidai sinifi, 1994 cü ildə Xaçmaz rayonun   yeni həyat qəsəbəsində orta məktəbin 10-cu sinifni, 1999-cu iİdə isə Azərbaycan Poltexnik  Universitetini  bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi-taktiki təlimlərdə, kamanda- qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

Oktay Təhməzov 1999-2001 -ci illərdə Azərbaycan Respubilkası Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən    Reaktiv artilleriya  birqadasında  müxtəlif  vəzifələrdəxidmət edib.2001-2003-cü illərdə Bakı şəhəri İcra Hakimiyyəti Nəzdində Nəqliyyat Deportametində xətt və lisenziya şöbəsində baş mütəxəssis vəzifəsində işləyib.  2004- 2022-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin NərmanovQuba, Sabuncu və Qəbələ   rayonlarında yerləşən hərbi hissələrdə  avtomobil taqım komandiri,avtomobil və zirehli texnika bölüyün komandiri,avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin maddi-texniki təminat xüdməti üzrə  müavini, Daxili Qoşunların Baş İdarəsinin Avtomobil və Zirehli texnika şöbəsində baş zabit vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə  xidmət edib.

Qanunvericilik ilə müəyyən olunmuş qaydada  Daxil işlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) kütləvi  ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa  hərbi  eləcə də    fövqəladə vəziyyət  (komendat  saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Oktay Təhməzov Din-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Öz xidməti vəzifələrinin və hərbi hissə qarşısında qoyulmuş tapşrıqların   yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və  nümunəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə Əla xidmətlərə görə əlacı   və yubiley döş  nişanları ilə, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 İlliyi (1918-2008)” yubiley  medalı ilə;


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918-2013)” yubiley medalı ilə;

3."Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20  təqvim ili xidmətə görə;

4."Qüsursuz  xidmətə görə" 2 dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

5."Qüsursuz xidmətə görə" 3 dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

OKTAY DOĞUM  GÜNÜN MÜBARƏK !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN XOŞ GÜNLƏR YAŞATSIN!

 Azərbaycan Respubilkasının Siıahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages