Təbrik: Mayor Əbulfət Məmmədov -50



  İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun dünyaya gəldiyi gündür. Belə insanlardan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz- dəst  xətti olan mayor Əbülfət Seyidməmməd oğlu Məmmədovun    aprel  ayının 27 -da dünyaya  göz acdığı gündür.

Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən ehtiyatda olan  mayor Məmmədov Əbülfət Seyidməmməd  oğlunu Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları   səmimi- qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Əbülfət qoy yaşınızın üstə gələn bu yaş  da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni  iliniz  isə ötən illərdən daha gözəl istəklərinə uyğun   sizi xoşbəxt edəcək şəkildə keçsin.
      
Mayor Məmmədov Əbülfət  Seyidməmməd oğlu  1974 - cü ilin  aprel ayının 27 da  
 Bakı şəhərində zəhmətkeş  ailədə dünyaya anadan olub. Əslən İsmayılı rayonundandır.
      
Əbülfəz Məmmədov  1991 - ci ildə Bakı şəhər N.Nərmanov adına 45 nömrəli tam orta məktəbi,  1995 - ci ildə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını (hakimlik fakultəsini), 1998-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin doyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən  təlim -tədris mərkəzində (birinci dönəm) zabit heyətinin  hazırlığı kursunu bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində, və hərbi hissələrdə kecirlən bir cox təlim-metodiki toplanışlarlarda,     müvafiq ixtisasartırma  kurslarda (treninqlərdə) hərbi və xüsusi taktiki təlimlərdə,  nümunəvi göstərici  məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi  əldə etmək ücün  Türkiyə Jandarma Qüvvələrin hərbi hissələrində və hərbi məktəblərində işgüzar səfərdə olub.

1995-ci ilə kimi Əbülfət  Məmmədov  Neftçi futbol klubunun əsas və əvəzedici konandalarında  cıxış edib. Yeniyetmələr arasında  Azərbaycan futbol yığma komandasının üzvü olmuşdur. Futbol üzrə 1-ci dərəcəli hakim  olaraq,  bir çox oyunlara hakimlik etmişdir. 
    
O,1995-1997-ci illərdə Daxili Qoşunların  Xacmaz (Yalama qəsəbəsində) və Nərimanov rayonlarında yerləşən  hərbi hissədə və Daxili Qoşunların Baş İdarəsinin  Əlahiddə İdman  Komandasında (bölüyündə) müddətli həqiqi  hərbi xidmətdə olub.

  1997-  2016 - ci illərdə  Daxili Qoşunların   Nərimanov və Binəqədi rayonlarında  yerləşən hərbi hissələrində  hauptvaxt  rəisinin köməkcisi, taqım komandiri,bölük komandirin müavini bölük komandiri, hərbi hissənin  İdman və fiziki hazırlıq rəisi vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib. Hal- hazırda İsmayılı rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
  

 Əbülfət Məmmədov  idman sahəsində  (futbol  və  çoxnövçülük üzrə) ən yüksək nəticələr göstərdiyinə görə Daxili Qoşunların Baş İdarəsinin  və Daxili işlər nazirliyin  İdmam cəmiyyətinin  yığma komandasının  eləcə də Daxili Qoşunların “Qartal 95”, Daxili işlər nazirliyin isə “Dinomo Bakı”    futbol  klublarının  üzvü olmuşdur. O, güc nazirliklər arşında  və Respublika üzrə keçirilən birincilik   yarışlarında  öz tövhəsini vermişdir.Beləki Əbülfəz Məmmədov Azərbaycan Respublikasının  primer peşəkar  futbol  çempionatlar likasında  1995-1998-ci illərdə  futbol oynadığı    illər ərzində Daxili Qoşunların  “Qartal 95” futbol klubunda futbol oynadığı  komanda 1995 ci ildə ikinci liqada  1-ci yeri,birinci liqada 2 -ci yerin qalibi olmuşdur.Bundan əlavvə Əbülfəz Məmmədov  Din-in “Dinamo  Bakı” komandasında futbol oynadığı   1997 və 1998-ci illərdə  “Dinamo  Bakı” komandası    yüksək primer  cempionatlar liqada   1 və 2 yerləri tutmuşdur.
 
Mayor Əbülfəz Məmmədov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər,  səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli   zabit kimi göstərmişdir.
     
Əbülfəz Məmmədov istər orta  və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də  xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış,  qohum -əqrəba  arasında özünə layiq hörmət qazanmışdır .
 
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin,  hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların  tələblərinə və vəzifə borclarının icrasına Əbülfəz Məmmədov məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
     
Qanunvercilikləmüəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvələ  olunmuş vəzifə və  tapşrıqların yerinə  yetirilməsində,Daxili işlər nazirliyin və hərbi hissənin təchizat anbarların, inzibati binaların mühafizə olunmasında,   şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində, hərbi və  fövqaladə vəziyyət  (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  Əbülfəz Məmmədov üzərinə düşən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.
     
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində,idman sahəsində  yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, İdman Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim-tədris mərkəz rəisinin, Nefitci, Qartal 95 və Dinamo Bakı futbol kulub rəhbərlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı,yubiley və müvafiq idman  dərəcələri döş nişanları ilə, bir çox diplomlarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş  tapşırıqları  yernə yetirərkən  fəriqləndiknə və nümunəvi xidmətinə görə   Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Əbülfət Məmmədov  "Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli,   “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" isə 10 illiyi, 90 iliyi  və 95 iliyi yubiley  medallıarı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. ƏBÜLFƏZ!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə  Veteranı   polkovnik Salman Musayev
     

Hiç yorum yok:

Yorum Gönder

Pages