Təbrik:Polkovnik leytenat Əleyman Hüseynov-54



Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst- xətti olan, işgüzarlığı , yüksək intellektual  səviyyəsi və idarəçilik təcrübəsi ilə seçilən, Alahın verdiyi şərəfli və mənalı  ömrünün ən məhsuldar dövrünün 24 ildən çoxunu hərbi xidmətdə kecirmiş-  ehtiyatda olan polkovnik- leytenant  Hüseynov Əleyman  Abdulxan oğlunun  aprel ayının 18-də  dünyaya göz acdığı  gündür.

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan polkovnik-  leytenant Hüseynov Əleyman Abdulxan oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, əzizləri,doğmaları və iş yoldaşları, 
səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı  həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,
 Əleyman  qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Polkovnik-  leytenant  Hüseynov Əleyman Abdulxan oğlu  1970 -ci ildə aprel ayının  18- də Azərbaycan respublikasının Cəbrayıl rayonun  Dağ  Xələfli kəndində zəhmətkeş ailədə anadan olub.

1987- ci ildə  Cabrayıl rayonunun Dağ Xələfli kənd tam orta məktəbi («Əla» qiymətlərlə), 1996- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti (Fərqlənmə diplomu), 1996  və 2000-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin   Xəzər rayonunda yerləşən hərbi hissədə və  təlim-tədris mərməzində   zabitlərin ixtisas artırma və böluk komandiri, 2013-2014 -cü illərdə isə Cin Xalq Respublikasının  Quru Qoşunlarının Hərbi Akademiyasında  hərbi hissənin  qərargah rəisi kurslarını bitrib. 
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən  bir çox təlim- metodiki toplanışlarda, nümnəvi- göstərici məşğələlərdə,hərbi və   xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.
Əleyman Hüseynov 1988- 1990 cı illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların  Moskva və Sankt- Peterburq   (Leninqrad)  şəhərində yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətə olub.
1996- 2018 -ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Zakatala  Cəlabad, Xətai  rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrdə və  ayrıca yerləşən əlahiddə bölmələrdə taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri,  ayrıca yerləşən əlahiddə böluk komandiri,  ayrıca yerləşən əlahiddə tabor komandiri, hərbi hissənin  döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissənin  qəragah rəsinin döyüş təlimi üzrə müavini vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə. xidmət edib.  Hərbı hissə komandirinin 1-ci müavinini- qərargah rəisi vəzifəsini icra edib.Əleyman Hüseynov hal- hazırda Cabrayıi rayonun 4 nömrəli tam orta məktəbdə  hərbi rəhbər vəzifəsində işləyir.  
Əleyman Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş  vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,yaşayış məntəqələrində və cəzacəkmə.müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində , hərbi və fövqalədə vəziyyət (komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və  yubiley döş  nisanları ilə təltif olunub,  pul mükafatları ilə, bir çox fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
 Hərbi xidməti vəzifə borclarının yerinə yetirərkən  göstərdiyi rəşadətə, əla döyüş hazırlığı  və döyüş xidməti göstəricilərə,   Dövlət və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısında xidmətlərinə,  eləcə də rəhbərlik etdiyi taqım, böluk və tabor hər il Daxılı Qoşunların Baş idarəsi tərəfindən keçirilən yoxlamaların nəticələrinə görə Qoşunlar üzrə ən yüksək nəticələr əldə etdiyinə görə Azərbaycan Respublikasının Prezıdentı adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə “ Qusrsuz xidmə görə”  1-ci ,2 -ci və 3- cü dərəcəli, “ Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin”  isə  10 illiyi (1991-2001), 90 illiyi ( 1918-2008) və 95 -illiyi (1918-2013) yubiley  medaları ilə təltif edilib.

Polkovnik leytenant  Hüseynov Əleyman Abdulxan oğlunun  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  səmərəli fəaliyyəti  həmişə lazımnca qiymətləndirlib. O, İctimai asayişin qorunmasında və təmin edilməsində, cinayətətgarlığa qarşı mübarizədə, xidməti vəzifələrinin yerinə yetirilməsində fəriqləndiyinə görə o, Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərəncamı ilə «Hərbi xidmətlərinə görə» medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLEYMAN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələri və    Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages