17 aprel kaskadyor, tryuk quruluşçusu Əli Məmmədovun doğum günüdür.




Əli Fərhad oğlu Məmmədov Naxçıvanda anadan olub. 7 yaşından etibarən boks və şərq əlbəyaxa döyüş idman növləri ilə məşğul olub. Naxçıvanda boks üzrə 1-ci yerə layıq görülüb (1979). 2 qat Azərbaycan çempionu olub (1980, 1981). Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb (1985-1989). 1989-cu ildə usta rəssam ixtisası üzrə “Azərbaycanfilm” kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. Sonra qrim ustası işləyib. 1990-cı ildə tövsiyyə əsasında Qırgızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərilib. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb. Qırğıstandan qayıtdıqdan sonra “Azərbaycanfilm”də tryuk quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başlayıb. Xarici film istehsalçılarının “Məleykələr” (1990 / İran) filmində kaskadyor, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində aktyor, tryuk quruluşçusu, kaskadyor, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında tryuk quruluşçusu, kaskadyor, “Qraf Krestofski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında tryuk quruluşçusu, kaskadyor, “Dənizçi” (2007 / Rusiya) filmində kaskadyor, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında tryuk quruluşçusu, kaskadyor kimi çalışıb. Bir çox musiqi kliplərində, reklamlarda tryuk quruluşçusu və ifaçısı olub. Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir. Əməkdar mədəniyyət işçisidir (2009).


Filmoqrafiya:
Axırıncı reys (1989, qısametrajlı bədii film) – kaskadyor
Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor
Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – aktyor (dustaq), kaskadyor
İthaf (II) (1990, animasiya filmi) – ikinci rəssam
Şahid qız (1990, tammetrajlı bədii film) – kaskadyor, aktyor
Girişmə, öldürər (1991, tammetrajlı bədii film)– aktyor, kaskadyor
Nakəs (1991, tammetrajlı bədii film) – trüklərin quruluşu, kaskadyor
Pəncərə (1991, tammetrajlı bədii film) – tryuk quruluşçusu, aktyor
Kənar adamlar (1992, tammetrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor, aktyor
Fəryad (1993, tammetrajlı bədii film) – trük quruluşçusu, kaskadyor
Köpək (1994, tammetrajlı bədii film) – trük ustası, aktyor
Qara Volqa (1994, tammetrajlı bədii film) – kaskadyor, aktyor
Son döyüş (1996, tammetrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor, aktyor
Ləqəbi “İka”dır (1997, tammetrajlı bədii film) –kaskadyor
Bir anın həqiqəti (2003, bədii serial)– tryuk quruluşçusu, kaskadyor, aktyor (Mahir Cavadovun sürücüsü və cangüdəni)
Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor
Məşədi İbad 94 (2005, tammetrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor
Yoxlama (2006, bədii serial)– kaskadyor
Qafqaz (2007, tammetrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor
Sirat körpüsü (2007, tammetrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor
Cavad xan (2008, tammetrajlı bədii film) – kaskadyor qrupunun rəhbəri, tryuk quruluşçusu, kaskadyor, aktyor
Ci-Mi (2008, tammetrajlı bədii film) – kaskadyor
Qarabağdır Azərbaycan (2009, qısametrajlı bədii film) – aktyor, tryukların quruluşu
Əlavə təsir (2010, tammetrajlı bədii film) – trüklərin quruluşu, kaskadyor, aktyor
Sahə (2010, tammetrajlı bədii film) – aktyor
İlahi məxluq (2011, tammetrajlı bədii film) – trüklərin quruluşu, kaskadyor
Tərsinə çevrilən dünya (2011, tammetrajlı bədii film) – trüklərin quruluşçusu, kaskadyor
Dolu (2012, tammetrajlı bədii film) – tryuk səhnələrinin quruluşçusu
Döngələr (2012, bədii serial) – kaskadyor
Bir kəndin sevinci (2012-2013, bədii serial) – tryuk quruluşçusu
Kabusun kölgəsində (2013, bədii serial) – trtuk quruluşçusu, kaskadyor
Qatillə görüş (2014, tammetrajlı bədii film) – tryuk quruluşçusu, kaskadyor
Yuxarıda və aşağıda (2014, qısametrajlı bədii film) – tryukların quruluşçusu
Bağışla, gələ bilmədim (2015, qısametrajlı bədii film) – kaskadyor qrupunun rəhbəri
Bakı, mən səni sevirəm – Təsadüf (2015, tammetrajlı bədii film, kinoalmanax)– aktyor
Cəhd (2015, qısametrajlı bədii film) – kaskadyor
Dərs (2015, tammetrajlı bədii film) – tryuk səhnələrinin quruluşçusu
Xeyirlə şərin rəqsi (2015, tammetrajlı bədii film) – kaskadyor
Yarımçıq xatirələr (2015, tammetrajlı bədii film) – tryuk quruluşçusu
Zabit şərəfi (2015, qısametrajlı bədii film) – aktyor
Axırıncı yol (2016, tammetrajlı bədii film) – tryuk səhnələrinin quruluşu
İçəri şəhər (III) (2016, tammetrajlı bədii film) – kaskadyor
Bayram axşamı (2017, tammetrajlı bədii film) – tryuk səhnələrinin quruluşçusu, kaskadyor
Üçüncü günün adamı (2017, tammetrajlı bədii film) – tryuk quruluşçusu
Olimpia (2021, tammetrajlı bədii film) – kaskadyor

Hiç yorum yok:

Yorum Gönder

Pages