Təbrik:Polkovnik-leytenat Taleh Bağırov - 63



  
Yüksək peşəkarlığı,humanistliyi,
sadəliyi,vətənpərvərliyi, işgüzarlığı ,intellektual səviyyəsi, idarəçilik qabiliyyəti, insanpərvərliyi, iradı və mənəvi keyfiyyəti  ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 20 -ildən çoxunu Daxili İşlər Nazirliyi (Din-in) Daxılı Qoşunlarda keçirmiş, müharibə veteranı- istefada olan polkovnik- leytenant Bağırov Taleh Mehdi oğlunun aprel ayının 18-də dünyaya göz acdığı  gündür.

Bu bahar təravətli yaz günündə, daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, müharibə veteranı- istefada olan polkovnik- leytenant Bağırov Taleh Mehdi oğlunu doğum günü münasibətilə  Daxili işlər  nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları,iş və  döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Taleh qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin.

Polkovnik - leytenant Bağırov Taleh Mehdi oğlu 1961- cı illn aprel ayının 18 - də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.

1978 -ci ildə Baki şəhərində 32 saylı tam orta məktəbi, 1985 - ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Xarkov şəhərində yerləşən Arxa cəbhə xidmətləri üzrə Ali hərbi məktəbi bitrib.

Taleh Bağırov  Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində,Daxili Qoşunların diviziya və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, nümnəvi- göstərici məşğələlərdə, hərbi və  xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1980 - 1981 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Pskov şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə olub.

1985 - cı illn avqust ayından - 1990 -ci illin may ayına kimi SSRİ Daxili işlər Nazirliyinin Sverdlovsk vilayətinin Tavda şəhərində, 1990- ci ilin may ayından 1991- ci ilin dekabr ayına kimi isə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bakı şəhərində yerləşən Konvoy Mühafizə alayında ərzaq xidmət rəisi vəzifələrində olub.

1992- 2000  - ci illərdə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində, Ağdam, Binəqədi rayonlarında yerləşən hərbi hissələrində hərbi hissə komandirinin maddi – texniki təminat xidməti üzrə müavini, hərbi hissə komandiri əvəzi, Daxili Qoşunların Bas İdarəsinin maddi- texniki təminat İdarəsində isə ərzaq şöbəsinin rəisi vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

Polkovnik- leytenant Taleh Mehdi oğlu Bağırov Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Taleh Bağırov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohuməqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Öz tabeleyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin, hərbi  və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində  öz tabeliyində  olanlara şəxsi nümunə olmuş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Polkovnik - leytenant Taleh Mehdi oğlu Bağırov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ərzaq xidməti və maddi - texniki təminat xidmətləri üzrə kiçik mütəxəssislərn, zabit və gizirlərin hazrlamasında, şəxsi heyətin qidalanması üçün lazımı şəraitin yaradılmasında, lazımi avadanlıqlarla təmin edilməsində, eləcədə ərzaq xidməti üzrə normativ – hüquqi aktların ( sənədlərin, əmirlərin, təlimatların) müasir tələblərə uyğun hazırlanmasında xüsusi xidmətləri olmuşdur.

Qanunvericiliklə müəyyən olunmuş  qaydada Daxili Qoşunlara  həvalə olunmuş vəzifə və tapşrıqların  yerinə yetirilməsində  şəhərdə, yaşayış məntəqələrində  və kütləvi  tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın, ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, hərbi və  fövqalədə vəziyyət (komendant saatı) zamanı hüuqi rejimin təmin
edilməsində, qəzaların, bədbəxt hadisələrin,yanğınların və  təbii fəlakətlərin qarşısının alınmasında, mühafizə olunan cəzaçəkmə müəssisələrin və dövlət əhəmiyyətli obyektlərin etibarlı mühafizəsində, eləcə də dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqinca gəlmişdir.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, diviziya və   hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və yubiley
nişanları  ilə, bir çox fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Hərbı xidməti vəzifə borclarını yerinə yetirərkən göstərdiyi rəşadətə və döyüş hazırlığına eləcə də əla  döyüş xidmətlərinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 2- ci dərəcəli və 3 -cü dərəcəli medallar ilə, “SSRİ Silahlı Qüvvələrinin” 70 - illiyi (1918-1988)”, ”Azərba ycan Silahlı Qüvvələrinin isə 10 – illiyi (1991-2001) yubiley  medaları təltif olunub.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN OLSUN,TALEH!

BÜTÜN ARZULARIN CİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin    Müharibə Veteranı polkovnik Salman Musayev
     
  

Hiç yorum yok:

Yorum Gönder

Pages