Təbrik: Tibb xidməti mayoru Yalçın Həsənov





Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə  isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində  ləyaqətlə  duran, onların qayğısına qalan həkimlərin  xətrini el-oba əziz tutulmuşdur.  Hətta  el arasında müdrüik  adamları loğmanla müqayisə edirlər.
      Həkim adını daşımaq nə qədər məsuliyyətli   olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq,  hər kəsin öz sağlamlığını və həyatın   etibar edəcəkləri qədər inamını   qazanmaq  hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış   problemlərini unutduraraq  həkimlərin peşə vəzifələrinin ən ümdə  məqamlarından biridir.
    Şərəfli  ömür yolu keçmiş insanların  sağlamlığını ləyaqətlə qorumuş, qayğıkeş həkim, kiçikdən böyüyə  onu tanıyanların  hər   birinin rəğbətini qazanmış peşəkar,  dürüst, vətənpərvər,  daimi hərbi qulluqçuların yaddaşnda qalan peşəkar, təcürbəli həkim, gözəl insan -ehtiyatda da olan   tibb xidməti mayoru  Yalçın Həsənovun aprel ayının 25 -də dünyaya  göz acdığı gündür.

     Daima həyatın bütün imkanlardan alnıaçıq və üzüağ çıxan  -ehtiyatda olan tibb xidməti mayoru Yalçın Həsənovu bu əlamətdətdar  gün münasibətilə  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,tibb işciləri,əzizləri, ,doğmaları, yaxınları və  iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib, deyirlər  Yalcın həkim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu  günlər  bəxş  etsin.Sevdiklərinizlə, ailənizlə gözəl günlər kecirəcəyniz illərin və günllərin sayı cox olsun.

Tibb xidməti mayoru  Həsənov Yalçın Rafiq oğlu 1972-ci ilin  aprel  ayının 25 -də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
  O, 1989 - cu ildə  Bakı şəhərində orta məktəbi, 1995- ci ildə Azərbaycan Dövlət Tibb  Universitetini bitrib. 1995- ci ildə ali təhsilini başa vuruduqdan sonra Yalçın həkim 1995- 2002 ci illərdə özəl xəstəxanalarda  həkim  vəzifəsində  işləyib.
2002- 2022-ci İllərdə  tibb xidməti mayoru Yalçın Həsənov   Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Nərimanov rayonunda yerləşən hərbi hissələrində ( hərbi hospitalında)  aptek rəisi,alayın tibb xidməti rəisi, Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətində isə zabit vəzifələrində Millətə,Vətənə Dövlətə və Xalqa  sədaqətlə xidmət edib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində   Daxili Qoşunların Bas İdarəsində,  hərbi hospitalında,  həkimlərin təkmilləşmə institutunda keçirilən bir cox təlim- metodik  toplanışlarda, hərbi və xüsusi- taktiki təlimlərdə, semnarlarda, konfranslarda  və  ixtisas artırma kurslarında fəal iştirak edib.
Mayor Yalçın Həsənovu   hərbi və həkim yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
 O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, Daxili Qoşunların hərbi hospitalı  haqqında təlimatın  tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqçulara və  həkimlərə şəxsi nümunə olmuşdur. Hippaokrat andı içən Yalçın həkim    o, anda   sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Şərəfli  xidmət yolunun  20 ilini Din-in  Daxili Qoşunlarda  keçirmiş və hal -hazırda  təqaüddə olan Yalçın Həsənov Vətən qarşısında xidmətləri onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq. 
Səmərəli fəaliyyətinə görə  Yalçın  həkim Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Tibb şöbə rəisinin və hərbi hissə komandirinin ( hərbi hospital rəisinin) müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlaçı və yubiley  döş  nişanları ilə təltif olunub , bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə        mükafatlandırıb , ona təşəkkür elan edilib  və aşağıdakı medallarla  təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli  medal ilə- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
 2.”Qüsursuz  xidmətə görə” 2 dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

3.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin  90 illiyi ( 1918 -2008)” yubiley  medalı ilə;

5.” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  95 illiyi  (1918 2013)” yubiley   medalı ilə.

DOĞUM GÜNÜZ MÜBARƏK OLSUN DƏYƏRLİ  YALÇIN HƏKİM !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN
   
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı  polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages