Təbrik: Mayor Ağazər Abdullayev-61




 Yüksək hərbi peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,  təcövzkarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 18 ildən çox şərəfli və mənalı xidmət yolunu hərbi xidmətdə keçirmiş , 22 ildən çoxunu isə Ali Hərbi Məktəbdə Bədən tərbiyəsi və idman sahəsində müəllim vəzifəsində işləyən Müharibə Veteranı- istefada olan mayor Abdullayev Ağazər  Əmilələ oğlunun aprel ayının 25- də dünyaya göz acdığı gündür.
   Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Müharibə Veteranı- istefada  olan mayor Abdullayev Ağazər Əmilələ oğlunu doğum günü münasibətilə, Daxili Qoşunların hərbi vəzifələri, doğmaları, əzizləri, iş və döyüşçü yoldaşları  səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -- tükənməyən nailiyyətlər arzu edib deyirlər,
 Ağazər qoy  yaşının üstə gələn bu yaş  da sizə  sevincdolu günlər bəxş etsin və hər yeni  ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun olaraq  sizi xoşbəxt edəcək şəkildə keçsin.
    
Müharibə Veteranı- istefada olan mayor Abdullayev Ağazər Əmilələ oğlu  1963 - cü ilin aprel ayının 25 də Azərbaycan Respublikasının Qaradağ rayonun Ələt qəsəbəsində zəhmətkeş ailədə anadan olub.
     
1978 - ci ildə  Azərbaycan Respublikasının   Qaradağ rayonun Ələt qəsəbə orta məktəbin 8 -ci sinifni,  1981 -ci ildə Qaradağ rayonun Ələt qəsəbəsində texniki peşə məktəbini,  1986 - cı ildə işə Bakı Ali Hərbi Ümümqoşun Komqndirlər  məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsinin Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki  toplanışlarda, hərbi və   xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
  
 1981 - 1982 -ci illərdə  Sovet Ordusunun Polşa Xalq Respublikasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə olub.
    
1986- 1992- ci illərdə  Sovet Ordusunun Polşa Xalq Respublikasında yerləşən tank alayında taqım komandiri, əlahiddə  qumbara atan taqım komandiri vəzifəsində olub.

  1993-ciü ilin yanvar ayından -  1999-ci ilın dekabr ayına kimi Din-in Daxili  Qoşunların Hacıqabul rayonunda, Lənkəran şəhərlərində  yerləşən hərbi hissələrdə döyüş hazırlığı bölməsının rəisi,   xüsusi təynatlı tabor komandiri, hərbi hissə komandirinin müavini- Qərargah rəisi və hərbi hissə komandiri, Daxili Qoşunların Bas İdarəsinin əməliyyat şöbəsində isə baş zabit vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa  sədaqətlə xidmət edib.

 2001-ci ildən etibarən Heydər Əliyev Adına Ali hərbi məktəbin  Fiziki Hazırlıq və İdman kafaderasında müəlim işləyir.
   
Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli rayonları  istiqamətində) gedən döyüşlərdə iştirak edib.
    
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinə və icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi
xidmətə ruhlandırmışdır.
  
   Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, hərbi  və fövqaladə vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
  
 Hərbi Xidməti Vəzifələrinin  icrasına məsuliyyətlə yaşadığına görə  Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin, Daxili Qoşunlar   Komandanının və onun müavinlərinin, Milli Müdafiə  Universitetin və Heydər Əliyev Adına  Hərbi Institutun rektorlarının, Ali Hərbi Məktəb rəisinin, korpus və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı, yubiley  müvafiq idman dərəcəsi döş nişanı  ilə təltif olunub. bir cox fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə,  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
    
Hərbi xidmətdə səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə  SSRİ Ali Soveti, Azərbaycan Respublikasının Prezidenti adından, SSRİ Müdafiə Nazirinin müvaiq əmrləri ilə "Qüsursuz xidmətlərə görə" 2- ci və 3 -cü dərəcəli, "SSRİ Silahlı Qüvvələrin 
isə  70-iliyi (1918-1988) yubiley  medalları ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  AĞAZƏR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!            
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev


     

Hiç yorum yok:

Yorum Gönder

Pages