Təbrik: Polkovnik leytenat Ramin Səmədov




  İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun dünyaya gəldiyi gündür. Belə insanlardan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz- dəst  xətti olan polkovnik- leytenat Ramin Səmədovun   aprel  ayının 26 -da dünyaya  göz acdığı gündür.

Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən- ehtiyatda olan polkovnik -leytenat  Səmədov Ramin  Kərim   oğlunu Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları   səmimi- qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Ramin qoy yaşınızın üstə gələn bu yaş  da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni  iliniz  isə ötən illərdən daha gözəl istəklərinə uyğun   sizi xoşbəxt edəcək şəkildə keçsin.
      
Polkovnik - leytenant Səmədov Ramin Kərim  oğlu  1978 - ci ilin  aprel ayının 26 da  Azərbaycan Respublikasının  Bskı şəhərində  zəhmətkeş ailədə dünyaya göz açıb.Əslən Şəki şəhərindəndir.
      
Ramin Səmədov 1994 - cü ildə    Bakı şəhər 26 nömrəli tam orta məktəbi,  1998 - ci ildə  Azərbaycan Texniki  Universiteti, bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində, Ali hərbi məktəbdə və hərbi hissələrdə kecirlən bir cox təlim-metodiki toplanışlarlarda,     hərbi və  xüsusi taktiki təlimlərdə,  nümunəvi göstərici  məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.Dəfələrlə Türkiyə Jandarma Qüvvələrinin  hərbi məktəblərində müvsfiq  ixtisas artırma kurslarda olub.
    
1999- 2002-ci illərdə Azərbaycan Ordusunda müxtəlif zabit vəzifələrdə olub. 2003 -  2022 - ci illərdə  Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə, Daxili Qoşunların Hərbi  Ali Məktəbin elmi şöbəsində şöbə rəisinin müavini,Daxili Qoşunların Baş İdarəsinin maddi texniki-təminat idarəsində isə    baş zabit vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib. Hal-hazırda  Ramin Səmədov  Xətai rayonun Ağ şəhərində  yerləşən özəl təhlükəsizlik xidmətində xidmət rəisinin müavini vəzifəsində calışır.
   

Polkovnik leytenant Ramin Səmədov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər,  səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli   zabit kimi göstərmişdir.
     
Ramin Səmədov istər orta  və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də  xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış,  qohum -əqrəba  arasında özünə layiq hörmət qazanmışdır .
 
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin,  hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların  tələblərinə və vəzifə borclarının icrasına Ramin Səmədov məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
     
Qanunvercilikləmüəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvələ  olunmuş vəzifə və  tapşrıqların yerinə  yetirilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində, hərbi və  fövqaladə vəziyyət  (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  Ramin Səmədov üzərinə düşən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.
     
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Ramin Səmədov Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,
Daxili Qoşunların  və Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəb rəislərinin,  korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla,
diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları  yernə yetirərkən  fəriqləndiknə və nümunəvi xidmətinə görə   Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli,   “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" isə 90 illiyi, 95 iliyi  və 100 iliyi yubiley  medallıarı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RAMİN !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə  Veteranı   polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages