Təbrik: Kapitan Eldar Qafarov- 53




Yüksək hərbi peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, müharibə veteranı - ehtiyatda olan kapitan Qafarov Eldar Qəzənfər  oğlunun   aprel  ayının  25- də  dünyaya göz acdığı gündür.
 
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan, peşəkar zabit, 2-ci qrup müharibə əlili - ehtiyatda olan  kapitan Eldar Qafarovu doğum günü münasibətilə  Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları ,yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,  Eldar  qoy hər yeni yaşınız da  sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi  istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

Kapitan Qafarov Eldar Qəzənfər   oğlu 1971- ci ilin  aprel ayının  25 -də  Sumqayıt şəhərində   zəhmətkeş  ailədə anadan olub.
   
1988 - ci ildə   Cəmşid Naxcvanski  adına hərbi liseyi,   1992 -   ci illin iyun ayında  Kiyev Ali  Siyasi Dənizçilik Məktəbini,1997 -ci ildə Bakı Dövıət Universitetini bitrub.
     
1992-2001 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Ağdam,Ağdərə   rayonlarında  və Şumqayıt şəhərində yerləşən hərbi  hissələrində müxtəlif  vəzifələrdə Millətə, Vətənə,Dövlətə və xalqa  sədaqətlə xidmət  edib. ”Hərbi xidmətkecmə haqqında” əsasnamənin  156-cı madəsinin v) bədinə əsasən xəstəliyə görə - Azərbaycan Respubilkası Daxili işlər nazirliyi  Daxili Qoşunlarından   Silah xidməti vəzifəsindən ehtiyata buraxlıb. 
 
 Kapitan Eldar Qafarov Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində isə Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olub.

Qafarov Eldar Qəzənfər oğlu  Daxili Qoşunların  Baş İdasində, təlim - tədris mərkəzdə və hərbi hissələrdə keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda,hərbi və  xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
    
Kapitan Eldar Qafarov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.  

Qanunvericiliklə müəyyən olunmuş qaydada   DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış  məntəqələrində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, hərbi və fövqalədə hallar (komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində kapitan Eldar Qafarov  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  ağır yaralanmışdır.

    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb və hərbi lisey  rəislərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə “Qusursuz xidmətə görə” 3 cü dərəcəli  medal-Silahlı Qüvvələrdə 10 təqvim ili  xidmətə görə əlaçı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Hərbi yoldaşları kapitan Eldar Qafarovu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ELDAR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
   
   

Hiç yorum yok:

Yorum Gönder

Pages