Təbrik:polkovnik Rəcəb Rəcəbov- 56



        İnsan üçün ən yadda  qalan tarixlərdən biri onun doğum gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi  qeyd olunur.  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Din-in Əlahiddə Çevik polis Alayının həyatında öz dəst -xətti olan , yüksək peşəkarlığı, hümanistliyi,sadəliyi, səmimiyyəti,dəqiqliyi, vətənpərvərliyi, işgüzarlığı,səmərəli fəaliyyəti, dərin zəkası,təmkinliyi, gözəl nitq qabiliyyəti,

iradi və mənəvi keyfiyyətləri seçilən  ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət  yolunu   hərbi xidmətdə və polis orqanlarında keçirmiş -  ehtiyatda olan polkovnik Rəcəbov Rəcəb Oqtay oğlunun  avqust ayının 25 -də  56 yaşı tamam olur.Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan polkovnik Rəcəb Oqtay oğlu Rəcəbovu belə bir əlamətdar   gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,  səbəbkara həyatda insan üçün ən şirin nemət  olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rəcəb müəllim qoy yaşının üstə gələn bu yaş da  sənə  sevincdolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

   Dövlətçiliymizun möhkəmləndirilməsi üçün var qüvvəsi ilə  yorulmadan çalışan polkovnik Rəcəbov Rəcəb Oqtay oğlu  1967 -ci ilin  avqust ayının  25 də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

1984 -cü ildə Bakı şəhərində orta məktəbi, 1991- ci ildə  Bakı Dövlət Universitetini,  1993 -cü ildə  Bakı Ali Hərbi Birləşmiş Kamandirlər məktəbini ( iki ilik zabitlər hazırlayan kursu)  bitrib.O, 1994- 2014 -cü ilərdə  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafuq kurslarda,  bir çox təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.

 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən,ictimayət arasında özünə layıq hörmət qazanmış Rəcəb Oqtay oğlu Rəcəbov  1986-1988-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1994- 2014 -cü ilərdə Daxili işlər nazirliyi  Daxili Qoşunların Baş  İdarəsinin   mətbuat xidmətində (mərkəzində),  mənəvi pisxoloji hazırlığı (tərbiyə ) şöbəsində zabit və baş zabit,  Daxili Qoşunların Baş İdarəsinin   hərbi hissələrində,   hərbi hissə komandirinin  ( hərbi hospital rəisinin) tərbiyəvi işləri üzrə müavini,  2014- 2019 -cu illərdə isə  Daxili işlər nazirinin  hərbi məsələlər üzrə köməkçisi xidmətində baş zabit,  Din-in Əlahiddə Çevik Polis Alayında isə alay komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət  edib.

 Əhatəsində olan insanların, iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarıq göstərən,dostlarına və yaxınlarına isti  münasibətdə olan  Rəcəb Oqtay oğlu Rəcəbov öz  tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın (Polis Andın) ,  hərbi nizamnaməlirin,  daxili işlər nazirliyinin post- patrul , daxili qoşunların isə  döyüş xidməti nizamnamələrinin  tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.

Daxili işlər Nazirliyinun Daxili Qoşunlarına və Əlahiddə Cevik Polis Alayına həvalə olunmuş vəzifə  və tapşırıqların yerinə yetirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında,   yaşayış məntəqələrində və islah-əmək müəsissələrində   kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizə də,  silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və fövqəladə hallar (komendat saatı) zamanı hüquqi rejim  tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində polkovnikRəcəb Rəcəbov üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

 Öz xidməti vəzifələrini  və hərbi hissə ( Daxili Qoşunların Baş İdarəsinin mənəvi -pisxoloji hazırlığı şöbəsi,hərbi hospitalı və Din-in əlahiddə cevik polis alayı ) qarşısına qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,   şöbə (xidmət) rəisinin, hərbi hissə (əlahiddə cevik polis alay)  komandirinin müvafiq əmrləri ilə  «Əla ximələrə görə » döş və yubiley nişanları ilə təltif olunub,bir cox  fəxri fərmanlarla (pul mükafatkarı ilə) və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Dövlətin ərazi bütövlüyün təmin edilməsində,  cinayətkarlığa qarşı mübarizədə,  ictimai asayişin mühafazisində,  beynəlxalq əhmiyyətli tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində,  xüsusi  tapşırıqların yerinə yetirilməsində fəriqləndiyinə görə  polkovnik Rəcəbov Rəcəb Oktay oğlu aşağıdakı medallarla təltif edilib:

1.»İgidliyə görə» medalı ilə;


2.»Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  yaranmasının 10 illiyi  ( 1991 -2001)» yubiley medalı ilə;


3.«Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi   (1918-2008)» yubiley medalı ilə;

4. » Silahlı Qüvvələrin yaranmasının » ( 1918 -2013 )  95 illiyi yubiley medalı ilə;


6.»Azərbaycan Polisinin yaranmasının » 100 illiyi ( 1918- 2018) yubiley medalı  ilə;


7.«Polis Veteranı » medalı ilə


8.«Qüsursuz xidmətə görə  » 1-ci dərəcəli medal ilə;


9.»Qüsursuz xidmətə görə » 2- ci dərəcəli medal ilə;

10.»Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medal ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏCƏB BƏY.

100 (yüz) yaşa, Sağlam yaşa.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages