İnsan ücün ən yaddaqalan günlərin başlığcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.Daxili işlər nazirliyin (Din-in) Baş dövlət yanğıdan mühafizə idarəsinin və Din-in Daxili Qoşunlarının həyatında öz dəst-xətti, xüsusi xidmətlərivə sayagəlməz uğurları olan istefada olan polkovnik-leytenat Elxan Alıyevin avqust ayının 26-da 70 yaşı tamam olur.Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Elxan müəllimi belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Elxan müəllim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun, səni xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Alıyev Elxan Qurbanəli oğlu 1953 -cü ilin avqust ayının 26-da Şamaxı rayonun Ovuclu kəndində zəhmətkeş ailədə anadan olub.1960 - cı ildə birinci sinifə gedib,1971-ci ildə Qənizadə adına Şamaxı rayon 1 (bir) nömrəli orta məktəbi, 1981-ci ildə isə Azərbaycan Neft Kimya Akademiyasını bitirib.
Elxan Alıyev 1974 -1976-cı illərdə SSRİ Müdafiə Nazirliyinin Odessa şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. O, 1971- 1973 -cü və 1976- 1992 -ci illərdə Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsinin Yağından Mühafizə Hissələrində müxtəlif vəzifələrdə , Din-in Texniki- Yanğından Mühafizə Məktəbində isə baş müəllim vəzifəsində işləyib.
Silahlı Qüvvələr və müharibə Polkovnik- leytenant Elxan Alıyev 1992-1999-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin işlər idarəsinin rəisi, Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Qərargahında növbətçi xidmətinin rəisi vəzifələrində xidmət edib.
İstefada olan polkovnik leytenant Elxan Alıyev peşəkarlığı, humanistliyi,səmərəli fəaliyyəti, təşkilatçlıq bacarığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünün 28 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsində şərəflə xidmət edərək,Vətənə,
və xalqa sədaqətlə xidmət etmişdir.
Müharibə və Silahlı Qüvvələr veteranı- istefada olan polkovnik- leytenant Elxan Alıyev öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim nümnə olmuşdur.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin işlər idarəsi (bilavəsitə tabeçiliyində olan məxfi hissə , qeyri- məxfi kargüzarlıq bölməsi, klub, feleyyger və komendant xidməti)
üzrə və Daxili Qosunların Baş İdarəsinin növbətci xidməti üzrə müasir tələblərə uyğun əsasnamələrin, təlimatların, lazımı təminat normaların, formalaşdırılmış sənədlərin, müvafiq blankların, qeydiyyat kitab və jurnalların hazırlanmasında, çap olunmasnda, Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə və xidmətlərinin, hərbi hissə və bölmələrinin lazımı qeydiyyat kitab və jurnallar ilə, dəftərxana ləvazimatları və digər avadanlıqlar ilə təmin edilməsində müharibə və silahlı qüvvələr veteranı -istefada olan polkovnik -leytenant Elxan Aliyevin böyuk xidmətləri olmuşdur.
O,Daxili işlər nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində müxtəlif vəzifələrdə, Yanğından texniki Mühafızə Məktəbində baş müəllim ,Daxili Qoşunların Baş İdarəsində isə işlər idarəsinin və növbətci xidmətinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində o,səmərəli fəaliyyət ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
İstefada olan polkovnik leytenant Elxan Alıyev öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fərqləndiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğından Mühafizə İdarə rəisinin, ,Texniki Yangından Mühafizə məktəb rəisinin müvafiq əmrləri ilə bir sira medallarla "əla xidmətlərə görə" döş və yubiley nişanları ilə, bir cox fərmanlarla,( pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
70 YAŞIN MÜBARƏK OLSUN ELXAN MÜƏLLİM!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
DAİMA XOŞBEXT VƏ FİRAVAN YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder