Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, 2025- cü ildə elan etdiyi Kiçik Qrand müsabiqəsində qalib olmuş layihənin icrası 01-05- 2025- cü il tarixindən başlyır. Layihə 31 iyul 2025-ci il tarixində bitir. Layihə rəhbəri Ceyran Əzizova, layihənin mühasibi Jalə Quliyevadır. Layihənin büdcəsi 10000 AZN təşkil edir. Layihə 3 ay ərzində 01 may 2025-ci il tarixində başlayaraq, 31 iyul 2025-ci il tarixində başa çataca
Layihənin məqsədi Ermənistan dövlətinin terror siyasəyinin davam etdirilməsinin, və Ermənistanın rəsmi olaraq dövlət səviyyəsində terror torətdiyinin, Ermənistanın dini terorla bağlı olduğunun dünyaya sübut edilməsidir. Layihənin ideyasının həyata keçirilməsi məqsədi ilə Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsinin məzunudur. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Universtetinin müəllimi Zaur Əliyevin yazmış olduğu DİNİ-ETNİK EKSTREMİZM OCAĞI: ERMƏNİ KİLSƏSİ və ERMƏNİLİK adlı kitab nəşr ediləcək və ingilis dilinə tərcümə olunaraq dünyaya yayılacaq. Kitabda arxiv materiallarından və dünyanın nadir kitablarında verilmiş nümunələrdən istifadə edilib.
Kitabın nəşri ilə bərabər Bakı şəhərində və Xocalı rayonunda kitabın təqdimat tədbirlərinin keçirilməsi, kitabın dünyaya yayılması layihənin məqsədinin həyata keçirilməsinə köməklik edəcək. Layihənin məqsədi əsasən Azərbaycan dövlətinin, ölkənin ərazi bütövlüyü, sabitliyin və sərhəd toxunulmazlığının qorunması işinə ictimai dəstək verməkdir. Bunun üçün elmin və tarixin gücündən istifadə ediləcək.
Nəşr ediləcək DİNİ-ETNİK EKSTREMİZM OCAĞI: ERMƏNİ KİLSƏSİ və ERMƏNİLİK adlı kitab vasitəsi ilə Azərbaycan və eləcədə dünya informasiya məkanına ciddi bir məlumat bazası əlavə ediləcək
Layihə rəhbəri, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyin sədri Ceyran Əzizova
Hiç yorum yok:
Yorum Gönder