Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, işgüzarlığı,insanpərvərliyi, sadəliyi, mənəvi keyfiyyəti, xeyirxahlığı,vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı,1-ci qrup əlil - istefada olan kapitan Abuzərov Firudin Bayram oğlunun may ayının ayının 17-də doğum günüdür. Daha doğrusu 65 illik yubiley günüdür.
Kapitan Abuzərov Firudin Bayram oğlu 1960-cı ilin may ayının 17-də Şirvan (əvəlki Əlibayramlı) şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1992-2001-ci illərdə Daxii İşlər Nazirliyi Daxili Qoşunlarının Şirvan (əvvəlki Əlibayramlı) şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrdə bölük komandiri və xidmət rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döüşlərdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır və 1-ci qrup əlildir.
F. Abuzərov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Abuzərov Firudin Bayram oğlunun may ayının 17-da anadan olması günü münasibətilə onu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili. Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, hərbçi dostları və iş yoldaşları
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti
arzulayırlar!
65 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN FİRUDİN !
100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder