Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında orta tibb heyyəti sahəsində öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,humanistliyi, dəqiqliyi, təmkinliyi,qayğıkeşliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ehtyatda olan gizir Mustafayeva Güllü Mustafa qızının may ayının 17- də dünyaya göz acdığı gündür.
Daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan Güllü xanımı belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları, əzizləri, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər, Güllü xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar, qayğıkeş, xeyirxah insan və tibb işcisi kimi tanınan Mustafayeva Güllü Mustafa qızı 1967-ci ilin may ayının 17-də Qazax (indiki Ağstafa) rayonun Qıraq Kəsəmən kəndində zəhmətkeş bir ailədə anadan olub.
Güllü xanım 1984 -cu ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 166 nömrəli orta məktəbi, 1987-cı ildə isə 2 nömrəli Bakı Baza Tibb (indiki kolleci) Texnikumunu bitrib.Güllü xanım müəyyən olunmuş vaxtlarda tibb işcilərin ixtisas artırma kurslarında olub.
Hər zaman həyatda layıqlı yer tutmağa calatmış, yüksək uğurlar qazanmış, vətənpərvər insan Mustafayeva Güllü Mustafa qızı Bakı 2 nömrəli Baza Tibb Texnikumunu bitirdikdən sonra, təyinatla 1994-cü ilə kimi Fiziatriya və Pulmanologiya Təhqiqat İnstitunun Klinik Labatoriyasında laborant və cavabdeh laborant vəzifəsində işləyib.
1994- 2015 - ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hospitalında Laborant (tibb bacısı) vəzifəsində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Torpağına,xalqına bağlı gözəl xanım Güllü Mustafayeva Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Güllü xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər, səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Mustafayeva Güllü Mustafa qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əməl edilməsi, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində, bir çox hərbi qulluqculara və tibb işcilərinə şəxsi nümunə olmuşdur.
Güllü Mustafayeva öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və hərbi xidmə kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili Qoşunların (15 və 20 illiyi) yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1.“Qüsursuz xidmətə görə” 3 -ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 2001)” yubiley medalı ilə;
5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 – 2008)” yubiley medalı ilə.
GÜLLÜ XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..
XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder