Təbrik: Kapitan Şahbaz Quliyev




Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının hərbi hissələrində müxtəlif vəzifələrdə  xidmət etmiş, peşəkarlığı, işgüzarlığı,insanpərvərliyi, sadəliyi, mənəvi keyfiyyəti, xeyirxahlığı,vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən- ehtiyatda olan kapitan Quliyev  Şahbaz  Raqif oğlunun   may ayının ayının 17-də
doğum günüdür.


Kapitan  Quliyev  Şahbaz Raqif oğlu 1985-cü ilin may ayının 17-də Göygöl rayonunda (əvəlki  Xanlar rayonunda) zəhmətkeş bir ailədə anadan olub. 


2003-cü ildə Göygöl şəhər tam orta məktəbini, 2010-cu ildə Daxili İşlər Nazirliyi (DİN-in)  Daxili Qoşunlarının orta ixtisas hərbi məktəbini, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə bir sıra xarici ölkələrdə təhkimləşdirmə və ixtisasartırma kurslarını bitirib.


2003-2005-ci illərdə Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.


2005- 2021-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində və orta ixtisas hərbi məktəbində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.

Ş.Quliyev  öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər  Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

Quluyev Şahbaz Raqif oğlunun may ayının 17-da anadan olması  günü münasibətilə onu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,   Daxili. Qoşunların ehtiyatda və istefada olan   zabitləri, onun doğmaları,   əzizləri, yaxınları, hərbçi dostları və iş  yoldaşları
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti
arzulayırlar!


DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN  ŞAHBAZ !

100 YAŞA SAĞLAM YAŞA.

Azərbaycan Respublikasının Silahlı qüvvələri  veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages