Bu gün silahdaşlarımızdan daha birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yevlax rayon şöbəsinin sədri — istefada olan baş leytenat Məmmədov Şahin Əhmədəli oğlunun may ayının 16-da doğum günüdür.
Şahin Əhmədəli oğlu Məmmədov 1963-cü ilın may ayının 16-da Azərbaycan Respublikasının Yevlax rayonunda zəhmətkeş ailədə anadan olub.
1980 -ci ildə Yevlax rayonun Nərman Nərmanov adına orta məktəbini, 1985-cu ildə isə Azərbaycan Poltexnik İnstitunu (əla qiymətlə) bitrib. 1985—1991-ci ildə Qəza mexanik zavodunda müvafiq vəzifələrdə işləyib. 1992 — 1993- cü illərdə Yevlax könüllülər taborunun və Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrinin birində hərbi hissə komandirinin maddi- təminat xidməti üzrə müavini vəzifəsində xidmət etmişdir.
İstefada olan baş leytenat Şahin Əhmədəli oğlu Məmmədov 13 oktyabr 2023 -cü il tarixdən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Yevlax rayon şöbəsinin sədridir.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəflə icra etmiş və yaralanmışdır.
Şahin Əhmədəli oğlu Məmmədov Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlir.
Hərbi və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına , döyüş bölgələrində yerləşən hərbi hissələrdə şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində fəal iştirak etdiyinə görə Azərbaycan Ordusunun korpus və hərbı hissə komandirlərinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri ilə birsıra xatirə medaları ilə təltif edilib, fəxri fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranlarİctimai Birliyinin (AVMVİB) rəhbərliy, Fedai.az və Veteran.az kollektivi, doğmaları, iş və döyüşçü yoldaşları istefada olan baş leytenat Məmmədov Şahin Əhmədəli oğlunu doğum günü münasibətilə, səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı arzu edir.
AVMVİB-in Mətbuat xidməti





Hiç yorum yok:
Yorum Gönder