Polad iradəli Polad – Şəhid Ərəbov Polad Şəmşir oğlu anılır



15 may 1967-ci il – bu tarix, adının mənasında olduğu kimi polad kimi sərt və əyilməz iradəyə sahib bir qəhrəmanın – Ərəbov Polad Şəmşir oğlunun doğulduğu gündür. O, Ağdərə rayonunun Umudlu kəndində dünyaya gəlmişdi. Bu torpaq, neçə-neçə qəhrəmanın vətən sevgisi ilə yoğrulmuş igid övladlarını yetirmiş müqəddəs bir yurd yeridir.

I Qarabağ müharibəsi xalqımız üçün həm ağrılı, həm də qürurverici tarixdir. Bu müharibə təkcə işğal və itkilərlə deyil, eyni zamanda, qəhrəmanlıq, mərdlik və vətənə sədaqət nümunələri ilə yadda qaldı. O döyüşlərin ön cəbhəsində sinəsini sipər edənlərdən biri də şəhid Ərəbov Polad Şəmşir oğlu idi.

Polad Ərəbovun keçdiyi döyüş yolu, göstərdiyi igidlik, düşmən qarşısında geri çəkilməyən qətiyyəti bugünkü və gələcək nəsillər üçün örnəkdir. Onun həyat yolu Vətənə sədaqətin, şəhidliyin müqəddəsliyinin canlı təcəssümüdür.

Belə qəhrəmanların doğum günləri yalnız təqvimdə qeyd olunan sadə tarixlər deyildir. Bu günlər xalqımızın yaddaşına əbədi həkk olunmuş, hər il dərin hörmət və ehtiramla yad edilən müqəddəs anlara çevrilmişdir. Polad Ərəbov kimi şəhidlərin xatirəsi millətin mənəvi sütununa çevrilmiş, onların qəhrəmanlıq salnaməsi Azərbaycan gənclərinə ruh, güc və ilham verir.

Şəhidlərimizi ehtiramla anırıq. Allah torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür nəsib etsin!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-05-16-at-00-07-39

Whats-App-Image-2025-05-16-at-00-07-39-1

Whats-App-Image-2025-05-16-at-00-07-39-2

Whats-App-Image-2025-05-16-at-00-07-39-3

Hiç yorum yok:

Yorum Gönder

Pages