Yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, işgüzarlığı, təşkilatçılıq bacarığı, sadəliyi, vətənpərvərliyi,xeyirxahlığı, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və Nazirlər Kabinetində keçirən hörmətli veteranmız istefada olan kapitan Vaqif Axundovun may ayının 17 - də onun dübyaya göz acdığı Daha doğrusu 65 illik yubiley günüdür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - istefada olan kapitan Axundov Vaqif Əliyar oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN -in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi vəzifələri, doğmaları, iş və doyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Vaqif müəllim qoy hər yeni yaşınız sizə sevincdolu günlər, hər yeni iliniz isə istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
İstefada olan kapitan Axundov Vaqif Əliyar oğlu 1960 - cı ildə may ayının 17- də Azərbaycan Respublikasının Nefitçala rayonun Mirzəqurbanlı (Birinci Filtir) kəndində zəhmətkeş bir ailədə anadan olub.
1977 - ci ildə Nefitçala rayonun Mirzəqurbanlı (Birinci Filtir) kənd orta məktəbi , 1982 - ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tətbiqi - riyaziyyat fakültəsini bitirib.
1982 - 1985 - ci illərdə Nefitcala rayonunun 2 nömrəli tam orta məktəbində müəllim, 1985- 1991 -ci illərdə isə Moskva şəhərində Elimi- Təhqiqat İnstitutunda İnformatika üzrə baş mühəndis (müəllim) işləyib.
1992 - 1996 - cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) xidmətində "proqramçı-mühəndis" vəzifəsində Millətə, vətənə dövlətə və xallqa sədaqətlə xidmət edib.1997 - ci ildən etibarən Nazırlər Kabinetində İnformatika üzrə sektor müdiri vəzifəsində işləyir.
Vaqif müəllim Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Azərbaycan Respublikasının müharibə veteranıdır.
V.Axundov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın,
hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə göstərib. Bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünü son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Kapitan Vaqif Əliyar oğlu Axundov Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi
iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,qəzalar,yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin və xidmət (şöbə) rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib, bur cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və təşəkkür elan edilib.
Hərbi yoldaşları Vaquf Əliyar oğlu Axundovu vətənpərvər,qorxmaz,insanpərvər,səxavətli, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı illərdə, istər xidmət etdiyi və çalışdığı mühitdə, isərsə də dost-tanış, qohum -əqraba tanış arasında özünə böyük hörmət qazanıb
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respubilkası Prezidentinin 25.06.2014 -cü il tarixli sərancamına görə Axundov Vaqiv Əliyar oğlu
“ Dövlət qulluğunda fəriqlənməyə görə” medalı ilə təltif olunub.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN VAQİF MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder