Təbrik: Mayor İlqar Hacıyev -55



Yüksək peşəkarlığı, humanistliyi, xeyirxahlığı, dəqiqliyi, təmkinliyi, işgüzarlığı, təşkilatçılıq bacarığı, sadəliyi, səmimiyyəti  və səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü  Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirmiş, hörmətli veteranmız ehtiyatda olan mayor İlqar Hacıyevin may ayının 18 - də 55 yaşı tamam olur.


Daimi həyatin   imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan mayor Hacıyev İlqar Qiyas oğlunu doğum günü münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin  (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri , iş və doyüşcü yoldaşları   səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər,İlqar qoy hər yeni yaşınız sizə sevinc dolu günlər, hər yeni iliniz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.

   

Mayor Hacıyev İlqar Qiyas  oğlu 1970 - cı ilin may ayının 18-də Azərbaycan Respublikasının Qubatlı rayonun Diləli Müşkənli kəndində zəhmətkeş bir ailədə anadan olub.

    

1987 - ci ildə  Qubatlı rayonun  Diləli Müşkənli kənd orta məktəbi , 1997 - ci ildə Bakı Ali Hərbi Dənizcilik məktəbini  bitirib.


1988- 1990 -ci illərdə SSRİ Daxili Qoşunlarının  Moskva şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.


İ.Hacıyev 1990- 1992- ci illərdə Bakı şəhərində  istehsalat sahəsində işləyib.


1992-1993-cü illərdə  Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə olub.


    

1997– 2016 - cı illərdə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının Lənkaran, Nərmanov rayonlarında yerləşən hərbi hissələrin maliyyə xidmət rəisi,Daxili Qoşunların Baş İdarəainin maliyyə- plan şöbəsində və növbətci xidmətində kiçik və baş zabit vəzifələrində Vətənə dövlətə və xalqa  sədaqətlə xidmət edib. 2017 - c ildən etibarən  Bakı şəhərində xarici şirkətlərin birində müfətiş vəzifəsində işləyir.


İlqar Qiyas  oğlu Hacıyev Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Azərbaycan Respublikasının müharibə veteranıdır.


İ.Hacıyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  hərbi andın,

hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrinin və  hərbi qulluqçuların etik davranış  kodeksinin tələblərinin, əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə göstərib.


Mayor İlqar Hacıyev bir çox təlim -metodiki  toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində, bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib  və beləcə Daxili Qoşunlarda özünü son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.

 

 Hacıyev İlqar  Qiyas oğlu qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış məntəqələrində     kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə, fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında,dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

   

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi -  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin, Bakı Ali Hərbi Dənizcilik məktəb rəisinin, hərbi hissə komandirlərinin, şöbə və xidmət rəislərinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif edilib, bur çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

   

Hərbi və iş yoldaşları İlqar Hacıyevi    vətənpərvər, qorxmaz, insanpərvər, səxavətli, əliaçıq  və zəhmətkeş zabit kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı illərdə,  istər xidmət etdiyi və çalışdığı mühitdə, isərsə də dost-tanış, qohum -əqraba  tanış arasında özünə böyük hörmət qazanıb.


Öz xidməti  vəzifə  borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə  mayor İlqar Hacıyev

aşağıdakı medllarla təltif olunub:


1.“Q,üsursuz xidmətə görə” 1 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


2.“Qüsursuz xidmətə görə”  2-ci dərəcəli medal-Sillahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


3.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10  təqvim ili xidmətə görə;


4.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  10 illiyi (1991 -2001)” yubiley medalı ilə;


5.“Azərbaycan Respublikası Silahll Qüvvələrinin   90 illiyi (1918 -2008)” yubiley medalı ilə;


6.“Azərbaycan Reslublikası Silahlı Qüvvələrinin 95 illiyi (1998-2013)” yubiley medalı ilə.



55- İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN İLQAR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!



BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının  Silahlı qüvvələri veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages