Təbrik:Baş- leytenat Məlahət Nurkişiyeva




Yüksək peşəkarlığı, hümanistliyi, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi, təvəzökarlığı,  xeyirxahlığı, işgüzarlığı, iradi, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi və səmərəli fəaliyyəti  ilə seçilən,  ömrünün ən məhsuldar dövrünü  Milli Təhlükəsizlik Nazirliyinin  Sərhəd Qoşunlarının əməliyyat şöbəsində   və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin   Beynəlxalq hərbi əməkdaşlıq  şöbəsində keçirmiş -ehtiyatda olan baş  -  leytenat    Məlahət Nurkişiyevanın may ayının 19 -da  dünyaya göz acdığı gündür.

   

Belə bir əlamətdar gün  münasibəti ilə  daimi həyatın  bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan baş -leytenant Məlahət Nurkişiyevanı  Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları   səmimi qəlbdən təbrik edir, ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Məlahət xanım qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni  iliniz isə sizi  istəklərnizə qovuşduraraq daha da xoşbəxt keçsin.

Öz işini  mükəmməl  bilən və layiqincə yerinə yetirən  gözəl xanım - ehtiyatda olan baş leytenat  Nurkişiyeva Məlahət Yusif qızı  1972 - ci ilin may ayının  19 -da Bakı şəhərində zəhmətkeş ailədə  anadan olub.

    

 1989 - cu ildə Bakı şəhəri üzrə  Təhsil İdarəsinin   245 nömrəli  tam orta məktəbi,  1994 -cü ildə  Azərbaycan Dillər Universitetini  (əvvəlki          Azərbaycan Xarici Dillər Universitetini) bitrib.

    

1994 -  2002- ci illərdə Azərbaycan  RespublikasıDövlət Sərhəd Xidmətinin  Əməliyyat şöbəsində müxtəlif vəzifələrdə,  2003- 2009 - cu illərdə isə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Beynəlxalq hərbi əməkdaşlıq şöbəsində baş zabit vəzifəsində Millətə,Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.Məlahət xanım Daxili Qoşunların Baş İdarəsinin  Beynəlxalq hərbi əməkdaşlıq şöbəsində   xidmət etmiş  ilk  zabit qadın  olmuşdur.Məlahət Yusif qızı Nurkişiyeva  2010- cu ildən etibarən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi " Qapalı Səhmdar Cəmiyyətində işləyir.

Məlahət xanım Daxili Qoşunların Bas İdarəsinin  Beynəlxalq hərbi əməkdaşlıq şöbəsində xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın,  hərbi və daxili Qoşunların döyüş xidməti nizamnamələrinin,hərbi qulluqçuların etik davranış kodeksinin  tələblərinin,  əmr və sərəncamların dəqiq yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara  nümunə olmuşdur. 


 M.Nurkişiyeva Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Baş İdarəsində zabitlərlə  keçirilən komandir hazırlığı məşğələlərində,  komanda qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə  Daxili Qoşunlarda  özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.

Hərbi və iş yoldaşları Məlahət xanımı vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

     

Hərbi Xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Dövlət Sərhəd Xidmət rəisi  və onun müavinlərinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, şöbə rəisinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə  əlacı  və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    

Öz vəzifə borclarını və  Daxili Qoşunların Baş İdarəsinin   Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinə həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə,  Azərbaycan Respublikasının Prezidenti adından  Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə  aşağıdakı medallarla təltif edilib:


1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının  10 illiyi( 1991 -2001)” yubiley  medalı ilə;


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90 illiyi (1918 -2008)” yubiley medalı ilə;


3."Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


4."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MƏLAHƏT  XANIM!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respubilkasının  Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

 

Hiç yorum yok:

Yorum Gönder

Pages