Yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik-leytenant İsayev Mirzazaman Cabir oğlunun may ayının 18- də 67 yaşı tamam olur.Belə bir əlamətdar gün münasibətilə Mirzəzaman İsayevi Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insanın ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzu edib deyirlər ki, Mirzəzaman qoy
yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günü isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt eləsin.
Polkovnik-leytenant İsayev Mirzəzaman Cabir oğlu 1958-ci ilin may ayının 18- də Azərbaycan Respublikasının Lerik rayonun Monidigah kəndində zəhmətkeş bir ailədə anadan olub.
1975-ci ildə Lerik rayonun Monidigah kənd orta məktəbi, 1983-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən xüsusi milis məktəbini, 1991-ci ildə isə Barnaul Dövlət Universitetini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, xüsusi taktiki təlimlərdə, komanda-qərargah məşğələlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1976-1978-ci illərdə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Kazaxstan Respublikasında yerləşən diviziyanın hərbi hissələrinin birində müddətli həqqi hərbi xidmətdə olub.
1983-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən polis şöbəsində və islah - əmək müəssisələrində sahə rəisi və əməliyyat müvəkkili vəzifələrində çalışıb.
1993-2003-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Zaqatala, Nərmanov və Xəzər rayolarında yerləşən hərbi hissələrində təhqiqatçı, hərbi hissə komandirinin hüquqişlər üzrə köməkçisi, hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. Mirzəzaman Cabir oğlu İsayev hal-hazırda Milli Avasiya Akademiyasında baş müəllim vəzifəsində çalışır.
Hərbi və iş yoldaşları M.İsayevi vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost-tanış, qohum-əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin,inzibati binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin ovunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
M.İsayev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Polkovnik-leytenant Mirzəzaman İsayev Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında, Daxili işlər orqanlarında, islah- əmək müəssisələrində, xidmət etdiyi, Milli Avasiya Akademiyasında isə baş müəllim vəzifəsində işləyən illər ərzində vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Daxili İşlər Nazirinin, Milli Avasiya Akademiyasının rektorunun, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Polis şöbəsinin rəsinin, hərbi hissə komandirinin və islah-əmək müəssisə rəisinin, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon idarə rəisinin müvafiq əmrləri ilə «Əla xidmətlərə görə» döş və yubiley nişanları ilə təltif olunub, fəxrı fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Mirzəzaman İsayev 44 günlük Vətən müharibəsində hərbi qulluqçulara dəstək olmaq üçün onların yanında olmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.“ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
2.“Qüsursuz xidmətə görə” 2-cı dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
MİRZƏZAMAN MÜƏLLİM 67 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder