Bu gün xalq artisti ARİF QULİYEVİN yubiley doğum günüdür.



Arif Quliyev 16 may 1950-ci ildə Şirvanda dünyaya göz açmışdır.
Arif müəllimin Milli Televiziyamızda "Şans", "Bığ əhvalatı", “Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", “Yay gününün xəzan yarpaqları”, “İşgüzar adamlar”, "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər" filmlərində də rol almışdı.
Məncə Arif müəllimi “Bəyin oğurlanması” filmindəki  oynadığı “Miriş” obrazı ilə tanımayan yoxdur.
Mən 6 il bundan qabaq Arif müəllimi Məmməd Səid Ordubadi adına Xatirə Muzeyində gördüm.Görməzdən əvvəl isə rəsm əsərlərinə diqqərlə baxa-baxa gedirdim.Birdən uzaqlıqdan qulağıma tanış və gözəl səs gəldi.Diqqətlə səs gələn tərəfə baxdım.Bu dəyərli səsin sahibi Arif Quliyev idi.Mən tez anama “Arif müəllim də burdadı,dostu ilə rəsm əsərlərinə tamaşa edir və münasibətini bildirir” dedim. Arif müəllimlə görüşdüm və yanımda olan şeir kitablarımı da  ona hədiyyə etdim.O, bizim kimi gənclərlə qürur duyduğunu söylədi.
Bütün bu söylədiyim tarixdə qaldı.Arif müəllim bizi  4 il bundan qabaq  yəni  7 may 2021-ci ildə vaxtsız tərk elədi.
Allah Arif müəllimə rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder

Pages