Azərbaycan Respublikası Veteranlar Təşkilatının böyük zalında şairə Raziyyə Kamil qızının yenicə çapdan çıxmış “Qarabağ qartalları” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri Raziyə Kamil qızı açdı. Azərbaycanın Dövlət Himni səsləndi, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalı çıxış edərək müəllifi növbəti uğur münasibətilə təbrik etdi, işlərində uğurlar arzuladı. Müşfiq müəllim həmçinin, Rusiyanın Rostov vilayətində yaşayan və “Edinstvo” Təşkilatına rəhbərlik edən sahibkar Leyla Əhmədova haqqında məlumat verdi. Qeyd etdi ki, Leyla Əhmədova bu kitabın işıq üzü görməsi üçün zəruri dəstək göstərmişdir. Daha sonra söz Leyla Əhmədovaya verildi. Leyla xanım, istər I, istərsə də, II Vətən savaşları zamanı Azərbaycan Ordusunun şəxsi heyəti ilə mütəmadi görüşdüklərini, onlara imkanları daxilində maddi və mənəvi dəstək olduqlarını xatırlatdı. Leyla xanım, düşmən üzərində qələbənin qazanılmasında diaspor fəallarının müstəsna xidmətlərini qeyd etdi. O, həmçinin, milli vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə fəal iştiraklarına görə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin qurucusu, jurnalist Şamil Sabiroğluya və Asif (Fred) Məhərrəmov adına Fondun qurucusu, qazi Ədalət Məhərrəmova öz təşəkkürünü bildirdi.
Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin qurucusu Şamil Sabiroğlu, idmanın sambo güləşi üzrə dəfələrlə Avropa və Rusiya çempionu, I Vətən müharibəsinin iştirakçısı Azad Məmmədov, “Qarabağ Qaziləri” ictimai birliyi sədrinin müşaviri Fəzail Əsədov, şəhid Vüsal Cəfərovun anası Könül Cəfərova, şəhid Elşad Əliyevin anası Flora xanım, şəhid Samir Xudiyevin atası Səməd bəy, “Yeni Yurd” ictimai birliyinin İcraçı direktoru, xeyirxah insan Kifayət Qərənizadə və başqaları çıxış edərək “Qarabağ qartalları” kitabı haqqında öz fikirlərini bildirdilər.
Daha sonra müəllifin adından şəhid ailələrinə kitablar təqdim olundu.
Sonda xatirə şəkilləri çəkildi.
Şamil Sabir oğlu,
Nahidə Vahid qızı.
Hiç yorum yok:
Yorum Gönder