Təbrik: Polkovnik Rəsul Məmmədov-66




Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi  (DİN) Daxili Qoşunlarında öz  dəst- xətt olan, yüksək peşəkarlığı, öz zəkası, vətənpərvərliyi  və səmərəli fəaliyyəti ilə seçilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri  veteranı-istefada olan  polkovnik  Rəsul Lütüş oğlunun aprel  ayının 11-də
doğum günüdür.

Polkovnik Məmmədov  Rəsul Lütüş oğlu  1959-cu ilin aprel ayının 11-də anadan olub.

Öz üzərində işləməyi,Vətənini xalqını, dövlətini sevməyi bacaran, zəhmətkeş  zabit -istefada olan polkovnik Məmmədov Rəsul Lütüş oğlu  SSRİ  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Saratov Ali hərbi komandirlər məktəbini bitirib .O,Daxili Qoşunlularda xidmət  etdiyi illər ərzində bir çox təlim -metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komanda -qərargah məşqlərində, müvafiq ixtisa artırma (akademiq) kurslarda, seminar və  konfranslarda fəal iştirak edib. Hərbi təcrübə mübadiləsi əldə etmək üçün xarici ölkələrdə işgüzar səfərdə olub.

Rəsul Lütüş oğlu Məmmədov SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Saratov Ali komandirlər məktəbini bitirdikdən sonra, SSRİ Daxili Qoşunlarında müxtəlif vəzifələrdə olub.

1992-2012-ci illərdə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin Polis Akademiyasında  kurs rəisi, DİN-in Daxili Qoşunların Hacıqabul, Biləcəri, Lənkəran, Zakatala  rayonlarında və Gəncə  şəhərində yerləşən hərbi hissələrində qərargah rəisinin müavini, hərbi hissə komandirinin müavini -qərargah rəisi, hərbi hissə komandiri, Daxili Qoşunların Baş İdarəsinin əməliyyat şöbəsinin baş zabiti  və rəisi  vəzifələrində Vətənə , dövlətə, xalqa sədaqətlə xidmət edib.

Öz xidməti, ictimai vəzifə  borcunu  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirən, istefada olan polkovnik Rəsul  Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi şəhərciklərin və təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyatğarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Öz xidməti vəzifələrini və hərbi hissə (polis  akademiyası) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə,  eləcə də hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, Polis Akademiya və  Ali hərbi məktəb rəislərinin, hərbi hissə komandirinin  müvafiq  əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley  və idman  dərəcəsi döş nişanları ilə ,  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə  mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif olunub:

1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı”  medal ilə;


2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;


3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı ilə;


4.“SSRİ  Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988) yubiley medalı ilə;


5. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim xidmətə görə;


6.“Qüsursuz xidmətə görə”  2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;


7.“Qüsursuz xidmətə görə”   3 dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


Azərbaycan ərazi bütövlüyünün təmin edilməsində, xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 6 may  2005-ci il tarixli 803 sayı sərəncamına əsasən polkovnik Məmmədov  Rəsul Lütüş oğlu  “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.


Polkovnik Məmmədov Rəsul Lütüş oğlunun anadan olması günü münasibətilə onu, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, yaxınları, hərbçi dostları və iş  yoldaşları
ürəkdən təbrik edir, ona
uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti, fəaliyyətində yeni uğurlar
arzulayır!

DOGUM GÜNÜN MÜBARƏK OLSUN  RƏSUL MÜƏLLİM!

100 YAŞA SAĞLAM YAŞA.


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages