Ömür şərəflə və ləyaqətlə yaşananda, göz-könül tox olanda,nəfəs hakimlik etməyi bacaranda həyatın mənası daha da çox artır.Bu, həm də insan ömrünün dəyərini sərləndirir. Bəli, həyat qurub-yaratmaq, xeyirxahlıq etmək üçün insanlara Tanrı tərəfindən verilən bir fürsətdir...
Bəli şərəfli ömür yolu keçən insanlardan biridə, Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının hərbi hissələrində tibb xidməti sahəsində müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, iradi, qayğıkeşliyi, səmərəli fəaliyyəti, humanistliyi,işgüzarlığı , mənəvi keyfiyyəti, dəqiqliyi ,təmkinliyi ,sadəliyi və vətənpərvərliyi ilə
seçilən, ömrunun 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı– ehtiyatda olan baş gizir Qayıbov Ceyhun Xaliq oğludur .Bu günlərdə onun doğum günü olub. Daha doğrusu 55 illk yubiley günü qeyd ediib.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan gizir Ceyhun Qayıbovu belə bir əlamətdar doğum (55 illik yubiley) gün münasibət ilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifəliləri) onun doğmaları, əzizıəri, iş və döyüşçü yoldaşlari şəmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Ceyhun qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Qeyd edək ki , gizir Qayıbov Ceyhun Xaliq oğlu 1970-ci ilin aprel ayının 8- də Quba rayonun Rustov kəndində zəhmətkeş bir ailədə anadan olub.
1987-ci ildə Quba rayonun Əfqan Əliyev adına Rustov kənd orta məktəbi, 1991-ci ildə Əziz Əliyev adına Sumqayıt şəhər tıbb kollecini tibb məktəbini bitirib.Ceyhun Qayıbov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox təlim -metodiki toplanışlarda, idman yarışlarında, hərbi xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
C.Qayıbov 1988-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1991- 2014-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi rayonunda və Sumqayıt şəhərində yerləşən hərbi hissələrində tibb xidməti üzrə müvafiq vəzifələrdə dövlətmizə və dövlətçiliyimizə sədaqətlə xidmət etmişdir.
Ceyhun Qayıbov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş .hərbi qulluqcu kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
O, Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi aşAndın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların icrasna məsuliyyətlə yanaşmış,qarşıya qoyulmuş vəzifə və tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin tutulmasında, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar , habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Ceyhun Qayıbov Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Zəngilan, Ağdərə, Qubatlı və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə fəal iştirak edib Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranıdır.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, eləcə də hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.“Qüsursuz xidmətə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə;
3.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10-illiyi , 90-illiyi və 95-illiyi” yubiley medalları ilə.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, CEYHUN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder