Peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, insanpərvərliyi, iradı və mənəvi keyfiyyəti ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömürünün 16 ildən çox şərəfli xidmət yolunun 1 (bır) ilini Ədiliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvalan cəzaçəkmə müəssisəsində, 15 (on beş) ilini isə Sovet Ordusunda və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə keçirmiş, müharibə veteranı ehtiyatda olan tibb xidməti kapitanı Mustafayev Elxan Həbib oğlunun aprel ayının 12 - də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan tibb xidməti kapitanı Mustafayev Elxan Həbib oğlunu, belə ələmatdar gün münasibətilə onu Daxili Qoşunların ehtiyatda və istefada ola zabitləri (tibb işciləri) doğmaları, döyüşcü və iş yoldaşları səmimi -qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Elxan həkim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin!
Tibbi xidmət kapitanı Mustafayev Elxan Həbib oğlu 1970 -ci ilin aprel ayının 12 -də Zəngilan rayonunun Şayfılı kəndində zəhmətkeş ailədə anadan olub.
1987 -ci ildə Zəngilan rayonunun Şayıflı kənd tam orta məktəbi, 1993- cü ildə Azərbaycan Tibb Universitetini bitrib.Dəfələrlə Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq ixtisasartırma kurslarda olub.
Din -in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxil Qoşunların Baş Idarəsində və hərbi hissələrdə keçirilən bir çox təlim - metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1988- 1989- cu ildə Sovet Ordusunun Belarusiya Respublikasnın Slutski şəhərində və Rusiyanın Volakovo şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1994- 1995- ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvalan cəzaçəkmə müəssisəsində , 1995- 2010 -cu illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində, Hacıqabul və Binəqədi rayonlarında yerləşən hərbi hissələrinin tibb xidmətində stomatoloji kabinetin rəisi vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib
"Hərbi Xidmətkeçmə Haqqında " əsasnamənin 156-cı madəsinin v) bəndinə əsasən Xəstəliyə görə tibb xidməti kapitanı Elxan Mustafayev 2010 -cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından ehtiyata buraxılıb.
Elxan həkim Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Zəngilan rayonu istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə olunmuş vəzifə və tapşırıqların öhtəsindən layıqınca gəlmişdir.
Kapitan Elxan Mustafayev Din -in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində , özünü , səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də oxuduğu orta və ali təhsil müəssisələrində, xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost - tanış arasında özünə layiq hörmət qazanmışdı.
Azərbaycan Respublikasında şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər zamanı və başqa hərbi vəziyyət (fövqalədə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Elxan həkim, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara şəxsi nümünə olmuş,hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi vəzifə borcunu yerinə yetirərkən göstərdiyi rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə, Azərbaycan dövləti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər Nazirinin müvaiq əmrləri ilə " Qüsursuz xidmətə görə " 2 -ci və 3-cü dərəcəli medallarla,”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin isə 10 -illiyi (1991-2001) və 90-iliyi (1918-2008) yubileyi medalları ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. ELXAN HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veterani polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder