Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, ehtiyatda olan mayor Mürsəlov Rasim Fəzail oğlunun aprel ayının 29 -da dünyaya göz acdığı gündür.
Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən- ehtiyatda olan mayor Mürsəlov Rasim Fəzail oğlunu DİN-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rasim qoy yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Mürsəlov Rasim Fəzail oğlu 1983 - ci ilin aprel ayının 29-da Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.Əslən İsmayılı rayonun Həftəsov kəndindəndir.Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı polkovnik- leytenat Murad Mürsəlovun qardaşı oğludur. Rasim Mürsəlovun Daxili Qoşunların yaranmasının 30- cu il dönümü günü (12.03.2022-ci ildə) bir övladı dünyaya göz acıb.
Mayor Rasim Mürsəlov 2000 - ci ildə Bakı şəhər Yasamalı rayonunun 53 nömrəli tam orta məktəbi, 2005- ci ildə Daxili Qoşunların gizirlər məktəbini, 2008 - ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların orta ixtisas hərbi məktəbi bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, Ali hərbi məktəbdə və hərbi hissələrdə kecirlən bir çox təlim-metodiki toplanışlarlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
2001- 2003-cü illərdə Daxili Qoşunların Quba rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
2003- 2023 - ci illərdə DİN-in Daxili Qoşunların Sumqayıt şəhərində,Nərmanov,Sabuncu, Xəzər, Binəqədi və Quba rayonlarında yerləşən hərbi məktəbdə və hərbi hissələrdə xüsusi təynatlı dəstədə maşın komandiri,hərbi hissənin silah anbar rəisi, müdavim (kursant), taqım komandiri,silah xidmətində zabit və hərbi hissənin silah xidməti rəisi vəzifələrində Millətə, vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. Hal-hazırda Rasim Mürsəlov Paşa Property Manaqment şirkətində təhlükəsizlik üzrə mühafizəçi vəzifəsində calışır.
Mayor Rasim Mürsəlov DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər, səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli zabit kimi göstərmişdir.
Rasim Mürsəlov istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinə və vəzifə borclarının icrasına Rasim Mürsəlov məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvələ olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin və təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında Rasim Mürsəlov üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Rasim Mürsəlov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,
Daxili Qoşunların hərbi məktəb rəisinin və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən fəriqləndiknə və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" 90 illiyi yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RASİM !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder