İnsan üçün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və vətənpərvərliyi ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 22 - ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş – istefada olan polkovnik -leytenant İbrahimov Natiq Şamil oğlunun aprel ayının 29 -da dünyaya göz acdəğı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, istefatda olan polkovnik- leytenant İbrahimov Natiq Şamil oğlunu doğum günü münasibətilə Daxili işlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri,doğmaları və iş yoldları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Natiq qoy yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin .
Polkovnik - leytenant İbrahimov Natiq Şamil oğlu 1964 -cü-ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Tumaslı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1981- ci ildə Şərur rayonun Tumaslı kənd orta məktəbi, 1986- cı ildə Azərbaycan Politexnik İnstitunu, 1989 -cu ildə isə Marksizm və Leninzim Ünverstetini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümum Qoşun Ordusunda və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. Hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankarara, İstanbul, İzmir (Foce) və Igdır şəhərində yerləşən hərbi hissələrində və hərbı məktəblərdə işgüzar səfərdə olub.
1989- 1990 - ci illərdə Sovet Ordusunun Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən hərbi hissələrin birində taqım komandiri vəzifəsində olub.
1995- 2015 -ci illərdə i Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində və Bərdə rayonunda yerləşən hərbi hissələrdə xüsusi təyinatlı taqım komandiri, tərbiyə bölməsində baş təlimatçı , hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində Millətə, vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinə və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş tapşrıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , qəzalar, yanğınlar, bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Səmərəli və məqsədyönlü fəaliyyəti ilə xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
“Qusursuz xidmətə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə;
2.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 -illiyi və 90-illiyi” yubiley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NATİQ !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder