Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst - xətti olan, peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, 44 günlük “Vətən Müharibəsi iştirakçısı”- 2-ci qrup müharibə əlili- ehtiyatda olan kapitan Həsənov Vüsal Oktay oğlunun avqust ayının 20- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan kapitan Həsənov Vüsal Oktay oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları,tələbə, iş və döyüşcu yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Vüsal qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Vüsal Oktay oğlu Həsənov 1982-ci ilin avqust ayının 20 -də Füzuli rayonun Mahmudlu (2-ci) kəndində zəhmətkeş bir ailədə anadan olub.
Vətən müharibəsi iştirakçısı-ehtiyatda olan kapitan Vüsal Həsənov 2000-ci ildə Füzuli rayon tam orta məktəblərinindən birini, 2004 -cü ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını, 2013-cü ildə isə Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərinin birində xüsusi təyinatlı dəstələrin ixtisasartırma (paraşutdan tulanma,terrorizmə qarşı mübarizə, əsirlərin və girovların azad edilməsi) kursunu bitrib.Vüsal Həsənov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində və Baş İdarəsində keçirilən təlim -metodiki toplanışlarda, taktiki-xüsusi təlimlərdə, müvafiq ixtisas artırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
2004-2005 -cı illərdə Dövlət Sərhəd Xidmətinin Naxcvan Muxtar Respublikasında yerləşən diviziyanın çevik xüsusi təyinatlı bölüyündə müddətli həqiqi hərbi xidmətdə olub.
2006-2021-cü illərdə Din-in Daxili Qoşunlarının hərbi hissələrində xüsusi təyinatlı dəstədə yarım qrup,qrup komandiri və xüsusi təynatlı dəstədə komandirinin müavinini vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi haqqında bə haqq ədalətin bərpası naminə gedən döyüşlərdə (xüsusi əməliyyatlarda) üzərinə düşən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Kapitan Vüsal Həsənov Füzuli rayonu uğrunda gedən döyüşlərdə yüngül, Şuşa rayonu uğrunda gedən döyüşlərdə isə çox ağır yaralanmışdır.O,2021-ci ildə xəstəlıyınə görə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.2-ci qrup müharibə əlilidir.
Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı hərbi qulluqcu kimi göstərən- ehtiyatda olan kapitan Həsənov Vüsal Oktay oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar eləcə də hərbi vəziyyət (komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, 44 günlük Vətən müharibəsində dövlətətin ərazi bütövlüyünün tam təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları Vüsal Həsənovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Dövlət Sərhəd Xidməti rəisinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəb rəisinin, və Daxili Qoşunların hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə xidmətdə fəriqləndiyinə görə əlacı və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının ışğaldan edilmiş ərazilərinin azad edilməsində, eləcə də öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə fəqiqləndiyinə və digər xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin, Daxili İşlər Nazirinin müvafiq sərəncamlarına və əmirlərinə əsasən aşağıdakı medallarla təltif olunub:
1.”Qarabağ” ordeni ilə;
2.”Füzulinin azad edilməsinə görə” medalı ilə;
3.”Vətən Müharibəsi iştirakçısı” medalı ilə;
4."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi ( 1918 - 2013)” yubiley medalı ilə;
5."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 100 illiyi ( 1918 - 2018 )” yubiley medalı ilə;
6."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
7."Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VÜSAL !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder