Yüksək peşəkarlığı,iradi,səmərəli fəaliyyəti, humanistliyi,ışguzarlığı,iradi, mənəvi keyfiyyəti,sadəliyi, səmimiyyəti, təşkilatçılıq bacarığı,dəqiqliyi və təmkinliyi ilə seçilən, Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissələrində böluk komandiri,xidmət rəisi, hərbi hissə komandirinin maddi texniki təminat xidməti üzrə müavini vəzifələrində Millətə, Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş,Azərbaycan Respublikasının müharibə veteranı -istefda olan mayor Kərimov Yaşar Kərim oğlu 2024 ci ilin avqust ayının 17 -də uzun sürən xəstəlikdən Masalı rayonun Hacıtəpə kəndində 58 yaşında vəfat edib. Daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan,müharibə veteranı- istefada olan mayor Yaşar Kərimovun vəfatı ilə bağlı,Daxili Qoşunların Komandanlığı , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Masallı rayon şöbəsinin idarə heyətinin üzvləri mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Mayor Kərimov Yaşar Kərim oğlu 1966-cı ilin aprel ayının 1-də Masallı rayonun Hacıtəpə kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Yaşar Kərimov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak etmişdir
O, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin sözsüz və dəqiq yerinə yetirilməsi işində daimi nümunə olmuş,Millətə, Dövlətə, Vətənə və Xalqa isə sədaqətlə xidmət etmişdir
Yaşar Kərimov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsidə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, fövqalədə vəziyyət zamanı rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərəzi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Mayor Yaşar Kərimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində,yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Mayor Yaşar Kərimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz xidməti və ictimai vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldığı ali təhsil müəssisə rəhbərlərinin,hərbi hissə komandirinin müvafiq əmrləri bir sira medallarla, əlaçı və yubiley döş nişanları ilə təltif olunmuş, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırmış və ona təşəkkür elan edilmişdir.
MAYOR KƏRİMOV YAŞAR KƏRİM OĞLUNA ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN. AMİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder